Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskovdan Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı açıqlama

© Sputnik / Григорий СысоевPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, həqiqətən də bu vəziyyətdən narahatdırlar, mülki obyektlərin atəşə tutulması davam edir.
BAKI, 31 may — Sputnik. Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyət olduqca həyəcanvericidir.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz həqiqətən də bu vəziyyətdən narahatıq, orada mülki obyektlərin atəşə tutulması davam edir. Yeri gəlmişkən, kollektiv Qərbin hansısa ölkəsindən bu hücumları qınayan sözlər eşitməmişik. Orada vəziyyət kifayət qədər həyəcanvericidir və müvafiq tədbirlər görülür", - deyə Peskov qeyd edib.
Xatırladaq ki, ötən sutka ərzində 10-a yaxın pilotsuz təyyarə Bryansk vilayətinin Klimovski rayonuna hücum etməyə cəhd edib. Belqorod vilayəti də hücuma məruz qalıb.
Bundan əlavə, son 24 saat ərzində Kubandakı neft emalı zavoduna iki hücum həyata keçirilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0