https://sputnik.az/20230531/brks-in-valyuta-meselesi-cenubi-afrikada-kecirilecek-sammitde-muzakire-edile-biler-455452834.html
BRİKS-in valyuta məsələsi Cənubi Afrikada keçiriləcək sammitdə müzakirə edilə bilər
BRİKS-in valyuta məsələsi Cənubi Afrikada keçiriləcək sammitdə müzakirə edilə bilər
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini bildirib ki, belə qərarlar bütün ölkələr tərəfindən konsensus əsasında qəbul edilməlidir. 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T22:00+0400
2023-05-31T22:00+0400
2023-06-01T08:42+0400
afrika
rusiya
aleksey overçuk
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443368275_0:0:3131:1762_1920x0_80_0_0_a6e21d291ffee613121a43925ed977af.jpg
BAKI, 31 may — Sputnik. BRİKS valyutasının yaradılması məsələsi birliyin Cənubi Afrikada keçiriləcək sammitində müzakirə edilə bilər. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Dövlət Dumasında deputatların suallarını cavablandırarkən deyib. "Hazırda bu ideya maliyyə nazirlikləri, bu birliyin mərkəzi bankları tərəfindən nəzərdən keçirilir. Bu məsələ geniş ekspert rəyini tələb edir, çünki beynəlxalq ödəniş institutlarının yaradılması çox mürəkkəb məsələdir", - deyə Overçuk qeyd edib. O xatırladıb ki, belə qərarlar bütün ölkələr tərəfindən konsensus əsasında qəbul edilməlidir. "Başa düşmək lazımdır ki, bu işə artıq başlanılıb, lakin bu, vaxt tələb edir. Cənubi Afrikada keçiriləcək BRİKS sammiti zamanı belə bir mövzuya toxunulacağını istisna etmirik", - deyə nazir müavini bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ötən həftə bildirib ki, hələlik birlik üçün vahid valyutadan danışmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, vahid valyutaya keçid vahid emissiya mərkəzinin, tənzimləyicinin yaradılmasını, onun səlahiyyətlərinin əlaqələndirilməsini və pul emissiyası hüquqlarının beynəlxalq orqana verilməsini tələb edir. Bu o deməkdir ki, BRİKS-də makroiqtisadi və monetar siyasəti sinxronlaşdırmaq lazım gələcək. BRİKS-in 15-ci sammiti 2023-cü il 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443368275_391:0:3122:2048_1920x0_80_0_0_c5406596af4cab11b65c9e0a401b6847.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
afrika, aleksey overçuk
BRİKS-in valyuta məsələsi Cənubi Afrikada keçiriləcək sammitdə müzakirə edilə bilər
22:00 31.05.2023 (Yenilənib: 08:42 01.06.2023) Rusiya Baş nazirinin müavini bildirib ki, belə qərarlar bütün ölkələr tərəfindən konsensus əsasında qəbul edilməlidir.
BAKI, 31 may — Sputnik. BRİKS valyutasının yaradılması məsələsi birliyin Cənubi Afrikada keçiriləcək sammitində müzakirə edilə bilər.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Dövlət Dumasında deputatların suallarını cavablandırarkən deyib.
"Hazırda bu ideya maliyyə nazirlikləri, bu birliyin mərkəzi bankları tərəfindən nəzərdən keçirilir. Bu məsələ geniş ekspert rəyini tələb edir, çünki beynəlxalq ödəniş institutlarının yaradılması çox mürəkkəb məsələdir", - deyə Overçuk qeyd edib.
O xatırladıb ki, belə qərarlar bütün ölkələr tərəfindən konsensus əsasında qəbul edilməlidir.
"Başa düşmək lazımdır ki, bu işə artıq başlanılıb, lakin bu, vaxt tələb edir. Cənubi Afrikada keçiriləcək BRİKS sammiti zamanı belə bir mövzuya toxunulacağını istisna etmirik", - deyə nazir müavini bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ötən həftə bildirib ki, hələlik birlik üçün vahid valyutadan danışmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, vahid valyutaya keçid vahid emissiya mərkəzinin, tənzimləyicinin yaradılmasını, onun səlahiyyətlərinin əlaqələndirilməsini və pul emissiyası hüquqlarının beynəlxalq orqana verilməsini tələb edir. Bu o deməkdir ki, BRİKS-də makroiqtisadi və monetar siyasəti sinxronlaşdırmaq lazım gələcək.
BRİKS-in 15-ci sammiti 2023-cü il 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.