Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Xəzərin ekoloji durumu çimərlik mövsümünə hazırdırmı? Hansı ərazilərdə kollektorlar var ?

© Sputnik / Murad Orujovçimərlik
çimərlik - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Abunə olmaq
Anar Cəbrayıllı bildirib ki, Ələtdə, Səngəçalda, Türkanda, həmçinin Sahil qəsəbəsində, Lökbatan yaxınlığında da təmizləyici qurğunun tikintisi nəzərdə tutulur.
BAKI, 30 may — Sputnik. Bakıda yay mövsümündə dincəlmək üçün çimərlik ərazilərinin sayı çox olsa da, əhali dənizdə çimməyə ehtiyat edir. Buna səbəb dənizə çirkab sularının axıdılmasıdır. Bəs görəsən, hazırda Xəzər dənizinin ekoloji durumu necədir? Bu mövsüm çimərliklərə çirkab suların axıdılmasının qarşısının alınması üçün hansı tədbirlər görülüb?
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizin çirklənməsinin qarşısını almaq üçün Novxanı-Sumqayıt-Corat istiqamətində 11 km-ə qədər kollektor inşa edilib. Onun sözlərinə görə, Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcək. Yeni kollektora toplanan tullantı suları elektrik enerjisi sərf edilmədən özuaxımlı rejimdə Sumqayıt çirkab su təmizləyici qurğular kompleksinə nəql olunacaq. Burada çirkab sular emal olunduqdan sonra Xəzər dənizinə axıdılacaq. Bununla da Novxanı qəsəbəsinin və bağ massivlərinin, eləcə də ərazidəki istirahət mərkəzlərinin tullantı sularının birbaşa dənizə axıdılmasının qarşısı tam alınacaq.
Qurum səlahiyyətlisi bildirib ki, Bulvar istiqamətində də, Bayıldan Lökbatana qədər kollektor inşa edilib. A. Cəbrayıllıının sözlərinə görə, bu kollektor Bayıl-Bibiheybət, Şıxovun tullantı sularını toplayaraq kənarlaşdırmaq üçün inşa olunub.
© Sputnik / Irade JELIL"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı - Sputnik Azərbaycan, 1920, 30.05.2023
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
"Pirşağı tullantı su təmizləyici qurğu da artıq inşa olunub, paralel olaraq daha bir kollektorun tikintisi də nəzərdə tutulur. Hazırda paralel olaraq bir kollektorun da tikintisi həyata keçirilir. Orada bir neçə kollektorun tikintisi planlaşdırılır ki, bu da Bakı ətrafı 11 qəsəbənin-Maştağadan başlayaraq Novxanıya qədər Məhəmmədi, Digah, Zabrat qəsəbələrində formalaşan tullantı sularını toplayaraq təmizləyici qurğuya yönəldəcək. Bizim plana əsasən Ələtdə, Səngəçalda, Türkanda yeni qurğuların inşası nəzərdə tutulur. Həmçinin Sahil qəsəbəsində, Lökbatan yaxınlığında da qurğunun tikintisi nəzərdə tutulur. Bunlarla yanaşı Sahil,Hövsan, Şüvəlan və Sumqayıt su təmizləyici qurğuların yenidən qurulması planlaşdıırlır. Bu layihələr Xəzərin ekoloji vəziyyətinin stabilləşməsinə müsbət təsir göstərəcək".
A.Cəbrayıllı bildirib ki, təkcə bulvarda 27 nöqtədə dənizə axıdılan tullantı sularının qarşısı alınıb. Tullantı sularının bir hissəsi Bayıl-Bibiheybət-Lökbatan kollektoruna, digər hissəsi isə Sahil kollektoruna yönəldilib.
Qurum sözçüsü əlavə edib ki, Şabran-Siyəzən ərazisində də təmizləyici qurğular inşa edilib və Xəzər dənizinə çirkli suların axıdılmasının qarşısı alınır.
Qeyd edək ki, dənizin ekoloji durumu çimərlik turizminin inkişafına təsir göstərən əsas amillərdəndir. Qardaş Türkiyədə sanitar-gigiyenik tələblərə uyğun olan çimərliklərə buna görə "Mavi bayraq" statusu verilir. Turistlər çimərlik mövsümündə "Mavi bayraq" statusu alan çimərliklərə üz tuturlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0