https://sputnik.az/20230530/rusiya-xn-qerbe-cagiris-edib-455403118.html
Rusiya XİN Qərbə çağırış edib
Rusiya XİN Qərbə çağırış edib
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu şəraitdə, günahkarları tapmaq üçün ABŞ və Aİ vasitəçiləri güzgüyə baxmaq üçün cəsarət toplasalar yaxşı... 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T15:32+0400
2023-05-30T15:32+0400
2023-05-30T15:34+0400
rusiya xin
rusiya
qərb
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:3090:1739_1920x0_80_0_0_95ec3b5b167df1cb8369022f00b75359.jpg
BAKI, 30 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Qərbi Kosovodakı gərginliyi serblərin üzərinə atmağı dayandırmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. "Bu şəraitdə, günahkarları tapmaq üçün ABŞ və Aİ vasitəçiləri güzgüyə baxmaq üçün cəsarət toplasalar yaxşı olar", - Zaxarova deyib. Qeyd edək ki, Kosovonun şimalında yerləşən Zveçan bələdiyyəsində kosovolu polislərlə toqquşmalar nəticəsində ən azı 10 serb xəsarət alıb. Kosovonun şimalında və Metohiya vilayətində yaşayan serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub. Kosovo polisi binalara girməyə çalışarkən toqquşmalar baş verib. Eyni zamanda, Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Aprelin 23-də Kosovonun şimalında və Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok, Leposaviç və Severna-Mitrovitsa rayonlarında bələdiyyə seçkiləri keçirilib. Serblərin maraqlarını təmsil edən "Serb siyahısı" qrupunun seçkiləri boykot etməsi səbəbindən bölgədə vəziyyət gərginləşməyə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:2732:2048_1920x0_80_0_0_3e4d64159bcae95341624ba3f33697be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, qərb
Rusiya XİN Qərbə çağırış edib
15:32 30.05.2023 (Yenilənib: 15:34 30.05.2023) Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu şəraitdə, günahkarları tapmaq üçün ABŞ və Aİ vasitəçiləri güzgüyə baxmaq üçün cəsarət toplasalar yaxşı olar.
BAKI, 30 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Qərbi Kosovodakı gərginliyi serblərin üzərinə atmağı dayandırmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz Qərbi yalan təbliğatını dayandırmağa, Kosovoda baş verən hadisələri dinc, əllərində silahsız, qanuni hüquq və azadlıqlarını müdafiə etməyə çalışan serbləri günahlandırmağı dayandırmağa çağırırıq", - deyə Zaxarova bildirib.
"Bu şəraitdə, günahkarları tapmaq üçün ABŞ və Aİ vasitəçiləri güzgüyə baxmaq üçün cəsarət toplasalar yaxşı olar", - Zaxarova deyib.
Qeyd edək ki, Kosovonun şimalında yerləşən Zveçan bələdiyyəsində kosovolu polislərlə toqquşmalar nəticəsində ən azı 10 serb xəsarət alıb.
Kosovonun şimalında və Metohiya vilayətində yaşayan serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub. Kosovo polisi binalara girməyə çalışarkən toqquşmalar baş verib.
Eyni zamanda, Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib.
Aprelin 23-də Kosovonun şimalında və Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok, Leposaviç və Severna-Mitrovitsa rayonlarında bələdiyyə seçkiləri keçirilib. Serblərin maraqlarını təmsil edən "Serb siyahısı" qrupunun seçkiləri boykot etməsi səbəbindən bölgədə vəziyyət gərginləşməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.