https://sputnik.az/20230530/rusiya-ordusu-abs-nin-patriot-zenit-raket-kompleksini-vurub---soyqu-455402710.html
Rusiya ordusu ABŞ-nin "Patriot" zenit-raket kompleksini vurub - Şoyqu
Rusiya ordusu ABŞ-nin "Patriot" zenit-raket kompleksini vurub - Şoyqu
Sputnik Azərbaycan
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Kiyevdə "Patriot" zenit-raket kompleksi hipersonik "Xəncər" raketinin zərbəsi nəticəsində məhv edilib. 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T14:57+0400
2023-05-30T14:57+0400
2023-05-30T14:57+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
rusiyanın müdafiə naziri sergey şoyqu
"patriot" havadan müdafiə sistemi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565972_0:0:2800:1575_1920x0_80_0_0_32d58d63cd795e2dec575cb333c3cb5f.jpg
BAKI, 30 may — Sputnik. Rusiya hərbçiləri Kiyevdə ABŞ-nin "Patriot" zenit-raket kompleksini vurub. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Kiyevdə "Patriot" zenit-raket kompleksi hipersonik "Kinjal" raketinin zərbəsi nəticəsində məhv edilib. Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli itkilərinə baxmayaraq, Qərb kuratorları Kiyevdən hücuma keçməyi tələb edirlər. O, Ukrayna Silahlı Qüvvələrinin son bir ayda 16 mindən çox hərbi qulluqçu, 16 təyyarə, 466 PUA və 400-dən çox tank itirdiyini bildirib. Müdafiə nazirinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri isə xüsusi əməliyyat zamanı aviasiyadan istifadəni təkmilləşdirir, yeni texnika və silahları mənimsəyir. S.Şoyqu həmçinin Qərb silahlarının Ukraynaya çatdırılma marşrutlarına Rusiya qoşunlarının nəzarət etdiyini və onlara zərbələr endirdiyini açıqlayıb. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565972_305:0:2794:1867_1920x0_80_0_0_07fe722b52fd49f4e917c4315389f598.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xüsusi hərbi əməliyyat, rusiyanın müdafiə naziri sergey şoyqu, "patriot" havadan müdafiə sistemi
xüsusi hərbi əməliyyat, rusiyanın müdafiə naziri sergey şoyqu, "patriot" havadan müdafiə sistemi
Rusiya ordusu ABŞ-nin "Patriot" zenit-raket kompleksini vurub - Şoyqu
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Kiyevdə "Patriot" zenit-raket kompleksi hipersonik "Xəncər" raketinin zərbəsi nəticəsində məhv edilib.
BAKI, 30 may — Sputnik. Rusiya hərbçiləri Kiyevdə ABŞ-nin "Patriot" zenit-raket kompleksini vurub. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Son günlərdə Xmelnitski, Ternopil və Nikolayevdə Qərb silahlarının böyük anbarları məhv edilib. Kiyevdə ABŞ-nin "Patriot" zenit-raket kompleksi vurulub", - Şoyqu bildirib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Kiyevdə "Patriot" zenit-raket kompleksi hipersonik "Kinjal" raketinin zərbəsi nəticəsində məhv edilib.
Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli itkilərinə baxmayaraq, Qərb kuratorları Kiyevdən hücuma keçməyi tələb edirlər.
O, Ukrayna Silahlı Qüvvələrinin son bir ayda 16 mindən çox hərbi qulluqçu, 16 təyyarə, 466 PUA və 400-dən çox tank itirdiyini bildirib.
Müdafiə nazirinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri isə xüsusi əməliyyat zamanı aviasiyadan istifadəni təkmilləşdirir, yeni texnika və silahları mənimsəyir.
S.Şoyqu həmçinin Qərb silahlarının Ukraynaya çatdırılma marşrutlarına Rusiya qoşunlarının nəzarət etdiyini və onlara zərbələr endirdiyini açıqlayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.