https://sputnik.az/20230530/rusiya-mn-moskvaya-edilen-pua-hucumlari-ile-bagli-melumat-yaydi-455388499.html
Rusiya MN Moskvaya edilən PUA hücumları ilə bağlı məlumat yaydı
Rusiya MN Moskvaya edilən PUA hücumları ilə bağlı məlumat yaydı
Sputnik Azərbaycan
Nazirliyin məlumatında qeyd olunub ki, bu səhər Kiyev rejimi Moskva şəhərindəki obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib. 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T10:58+0400
2023-05-30T10:58+0400
2023-05-30T10:58+0400
rusiya
müdafiə nazirliyi
pua
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_0:0:3239:1822_1920x0_80_0_0_68f615049c999cfd12351a2997cd6ca6.jpg
BAKI, 30 may — Sputnik. Rusiya hərbçiləri Kiyevin Moskvadakı hədəflərə hücum etməyi planlaşdırdığı 8 pilotsuz uçan aparatı ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Onlardan 3-ü elektron döyüş vasitəsi ilə zərərsizləşdirilib, idarəetməni itirib və nəzərdə tutulan hədəflərdən yayınıb. Daha 5 pilotsuz uçuş aparatı Moskva vilayətində "Pantsir-S" zenit-raket kompleksi tərəfindən vurulub", - Müdafiə Nazirliyindən bildiriblər. Çərşənbə axşamı günü Rusiya Federasiyasının İstintaq Komitəsi öz Telegram kanalında Moskvada dronların binalara düşməsi faktları ilə bağlı araşdırmalara başlanıldığını elan edib. Qeyd edilib ki, cinayətdə əli olan şəxslər araşdırılır. Pilotsuz uçuş aparatlarının Moskvada bir neçə binaya düşməsi nəticəsində kiçik dağıntılar var. Bundan əvvəl paytaxt meri Sergey Sobyanin çərşənbə axşamı səhər tezdən Moskvada "PUA-nın hücumu nəticəsində bir neçə binaya kiçik ziyan dəydiyini" deyib. İki nəfərə tibbi yardım göstərilib, heç kəs xəstəxanaya yerləşdirilməyib. Sobyanin teleqram kanalında bildirib ki, PUA-nın vurduğu iki evin bir neçə girişinin sakinlərinin təxliyyəsi üçün tədbirlər görülüb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov çərşənbə axşamı səhər Moskvaya yaxınlaşan bir neçə pilotsuz təyyarənin vurulduğunu bildirib. "Bu səhər Moskva vilayətinin bəzi rayonlarının sakinləri partlayış səslərini eşitdi - bu, bizim hava hücumundan müdafiə sistemimizdir", - o, teleqram kanalında yazıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230530/rusiya-paytaxti-pua-hucumuna-meruz-qalib---sobyanin--455385003.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_205:0:2934:2047_1920x0_80_0_0_81c6fc9871494ad17d29981f0761d377.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
müdafiə nazirliyi, pua
Rusiya MN Moskvaya edilən PUA hücumları ilə bağlı məlumat yaydı
Nazirliyin məlumatında qeyd olunub ki, bu səhər Kiyev rejimi Moskva şəhərindəki obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib.
BAKI, 30 may — Sputnik. Rusiya hərbçiləri Kiyevin Moskvadakı hədəflərə hücum etməyi planlaşdırdığı 8 pilotsuz uçan aparatı ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu səhər Kiyev rejimi Moskva şəhərindəki obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib. Hücumda səkkiz təyyarə tipli pilotsuz uçuş aparatı iştirak edib. Düşmənin bütün pilotsuz uçan aparatları vurulub", - Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
"Onlardan 3-ü elektron döyüş vasitəsi ilə zərərsizləşdirilib, idarəetməni itirib və nəzərdə tutulan hədəflərdən yayınıb. Daha 5 pilotsuz uçuş aparatı Moskva vilayətində "Pantsir-S" zenit-raket kompleksi tərəfindən vurulub", - Müdafiə Nazirliyindən bildiriblər.
Çərşənbə axşamı günü Rusiya Federasiyasının İstintaq Komitəsi öz Telegram kanalında Moskvada dronların binalara düşməsi faktları ilə bağlı araşdırmalara başlanıldığını elan edib. Qeyd edilib ki, cinayətdə əli olan şəxslər araşdırılır.
Pilotsuz uçuş aparatlarının Moskvada bir neçə binaya düşməsi nəticəsində kiçik dağıntılar var.
Bundan əvvəl paytaxt meri Sergey Sobyanin çərşənbə axşamı səhər tezdən Moskvada "PUA-nın hücumu nəticəsində bir neçə binaya kiçik ziyan dəydiyini" deyib. İki nəfərə tibbi yardım göstərilib, heç kəs xəstəxanaya yerləşdirilməyib.
Sobyanin teleqram kanalında bildirib ki, PUA-nın vurduğu iki evin bir neçə girişinin sakinlərinin təxliyyəsi üçün tədbirlər görülüb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov çərşənbə axşamı səhər Moskvaya yaxınlaşan bir neçə pilotsuz təyyarənin vurulduğunu bildirib.
"Bu səhər Moskva vilayətinin bəzi rayonlarının sakinləri partlayış səslərini eşitdi - bu, bizim hava hücumundan müdafiə sistemimizdir", - o, teleqram kanalında yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.