https://sputnik.az/20230530/moskvada-rusiyanin-yeni-bolgelerinden-yetimleri-almaniyaya-aparmaq-isteyen-sexs-tutulub---455413480.html
Moskvada Rusiyanın yeni bölgələrindən yetimləri Almaniyaya aparmaq istəyən şəxs tutulub
Moskvada Rusiyanın yeni bölgələrindən yetimləri Almaniyaya aparmaq istəyən şəxs tutulub
Sputnik Azərbaycan
Rusiya sərhədçiləri tərəfindən saxlanılan Ukrayna vətəndaşı Xerson vilayətindən kimsəsiz uşaqları Almaniyaya aparmağa cəhd edib. 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T18:31+0400
2023-05-30T18:31+0400
2023-05-30T18:31+0400
rusiya
ukrayna
almaniya
uşaq
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1e/455413335_3:0:600:336_1920x0_80_0_0_ff0092ae2f153ec7d497213ceac2a0ce.jpg
BAKI, 30 may - Sputnik. Rusiya paytaxtında valideyn himayəsindən məhrum olmuş uşaqları yeni bölgələrdən ixrac etməyi planlaşdıran Ukrayna vətəndaşı saxlanılıb. Bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.Qeyd olunub ki, Rusiya sərhədçiləri tərəfindən saxlanılan Ukrayna vətəndaşı Xerson vilayətindən kimsəsiz uşaqları Almaniyaya aparmağa cəhd edib.Yanvarda Vladimir Putin hökumətə, Uşaq Ombudsmanına və yerli hakimiyyət orqanlarına "Donetsk və Luqansk Xalq Respublikaları"nda, Zaporojye və Xerson vilayətlərində yaşayan kimsəsiz uşaqlara operativ şəkildə dövlət yardımı və sosial dəstək vermək üçün onları müəyyən etməyi tapşırmışdı.Öz növbəsində, Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova “Ailələrdə Donbasın bütün uşaqları” layihəsinin başlandığını elan edib. O vurğulayıb ki, yeni regionların Rusiyada uşaqların müdafiəsinin hüquqi sahəsinə inteqrasiyasına kömək etmək vacibdir.Martın ortalarında Ukrayna baş nazirinin müavini İrina Vereşşuk Rusiya Ombudsmanı Tatyana Moskalkova və Mariya Lvova-Belovaya yeni bölgələrdə olan yetimlərin siyahılarını təqdim etmək xahişi ilə müraciət edib. O, bildirib ki, söhbət 24 fevral 2022-ci il tarixinə 18 yaşına qədər Ukrayna vətəndaşı olan uşaqlardan gedir. Vereşşuk “Rusiya ərazisinə aparılan” uşaqlar haqqında da məlumat istəyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1e/455413335_152:0:600:336_1920x0_80_0_0_453436b794db5c8b48fc3282d9febc5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, almaniya, uşaq
Moskvada Rusiyanın yeni bölgələrindən yetimləri Almaniyaya aparmaq istəyən şəxs tutulub
Rusiya sərhədçiləri tərəfindən saxlanılan Ukrayna vətəndaşı Xerson vilayətindən kimsəsiz uşaqları Almaniyaya aparmağa cəhd edib.
BAKI, 30 may - Sputnik. Rusiya paytaxtında valideyn himayəsindən məhrum olmuş uşaqları yeni bölgələrdən ixrac etməyi planlaşdıran Ukrayna vətəndaşı saxlanılıb. Bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd olunub ki, Rusiya sərhədçiləri tərəfindən saxlanılan Ukrayna vətəndaşı Xerson vilayətindən kimsəsiz uşaqları Almaniyaya aparmağa cəhd edib.
“Moskvada azad edilmiş ərazilərdən kimsəsiz uşaqları çıxarmaq üçün “Ukraynanı xilas et” Fondunun (SBU ilə işləyir) göstərişi ilə Rusiyaya gələn Ukrayna vətəndaşı saxlanılıb”, - deyə mənbə bildirib.
Yanvarda Vladimir Putin hökumətə, Uşaq Ombudsmanına və yerli hakimiyyət orqanlarına "Donetsk və Luqansk Xalq Respublikaları"nda, Zaporojye və Xerson vilayətlərində yaşayan kimsəsiz uşaqlara operativ şəkildə dövlət yardımı və sosial dəstək vermək üçün onları müəyyən etməyi tapşırmışdı.
Öz növbəsində, Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova “Ailələrdə Donbasın bütün uşaqları” layihəsinin başlandığını elan edib.
O vurğulayıb ki, yeni regionların Rusiyada uşaqların müdafiəsinin hüquqi sahəsinə inteqrasiyasına kömək etmək vacibdir.
Martın ortalarında Ukrayna baş nazirinin müavini İrina Vereşşuk Rusiya Ombudsmanı Tatyana Moskalkova və Mariya Lvova-Belovaya yeni bölgələrdə olan yetimlərin siyahılarını təqdim etmək xahişi ilə müraciət edib. O, bildirib ki, söhbət 24 fevral 2022-ci il tarixinə 18 yaşına qədər Ukrayna vətəndaşı olan uşaqlardan gedir. Vereşşuk “Rusiya ərazisinə aparılan” uşaqlar haqqında da məlumat istəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.