Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Daxili İşlər Nazirliyi amerikalı senator Lindsi Qremi axtarışa verib

© Sputnik / Максим БлиновRusiya Federasiyasının İstintaq Komitəsi, arxiv şəkli
Rusiya Federasiyasının İstintaq Komitəsi, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 29.05.2023
Abunə olmaq
Rusiya Federasiyası İstintaq Komitəsinin teleqram kanalında məlumat yayılıb ki, qurum sədri senatorun rusofob ifadələri faktı ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.
BAKI, 29 may - Sputnik. Rusiya Daxili İşlər Nazirliyi ABŞ senatoru Lindsi Qremi Vladimir Zelenski ilə görüşdə rusofobik sözlərinə görəaxtarışa verib. RİA Novosti xəbər verir ki, bu barədə axtarışda olan şəxslərin idarə məlumat bazasında məlumat əksini tapıb.
Bir müddət əvvəl ABŞ senatoru Lindsi Qrem Vladimir Zelenski ilə görüşü zamanı demişdi ki, Birləşmiş Ştatlar “heç vaxt bu qədər uğurlu pul xərcləməmişdir”, çünki ruslar bu xərclər nəticəsində “ölürlər”.

“Axtarış üçün əsas: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - deyə Qremin qeydiyyat kartında bildirilir.

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin senatorun rusofob ifadələri faktı ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib. Bu barədə daha əvvəl idarənin teleqram kanalında məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0