Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğanın qələbəsi qaz qovşağının 2024-cü ildə reallaşmasına zəmanət verir - Ekspert

© AFP 2024 / JUAN BARRETOQaz paylayıcı müəssisə, arxiv şəkli
Qaz paylayıcı müəssisə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.05.2023
Abunə olmaq
Politoloq hesab edir ki, Ankara, xüsusilə Avropaya qaz nəqli məsələlərində, Moskvanın yanaşmasını tam dəstəkləyəcək.
BAKI, 29 may - Sputnik. Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi Ankaranın Moskvanın enerji məsələlərinə yanaşmasına dəstəyi anlamına gəlir. Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsi 2024-cü ildə həyata keçiriləcək. Bu sözləriRİA Novosti-yə müsahibəsində politoloq Engin Özər deyib.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu bazar günü keçirilib, seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-dan saat 17.00-a qədər açıq olub.
Respublikanın hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan və müxalifət blokunun vahid namizədi Kamal Kılıçdaroğlu prezidentlik uğrunda mübarizə aparıb.
Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.

“Ankara, xüsusən də Avropaya qaz tədarükü məsələlərində Moskvanın yanaşmasını tam dəstəkləyəcək. Seçki nəticələrinə nəzər saldıqda Rusiyanın Türkiyəni qaz mərkəzinə çevirmək layihəsinin 2024-cü ildə həyata keçirildiyini proqnozlaşdırmaq olar. Yaxın vaxtlarda Türkiyə ilə Rusiya arasında ödəniş sistemləri və mal mübadiləsi (barter) ilə bağlı yeni layihələr gündəmdə olacaq”, - deyə ekspert bildirib.

Ötən ilin oktyabrında Rusiya Federasiyası və Türkiyə prezidentləri qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləyib hazırlamaq tapşırıblar. Onun vasitəsilə, xüsusən də zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirməyin mümkün olacağı hesab olunur.
"Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir", - deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib.
O həmçinin bildirib ki, digər ölkələr də burada iştirak edə bilər: Əlcəzair, QətərAzərbaycan da cənub istiqamətində Avropaya qaz nəql edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0