https://sputnik.az/20230529/bakida-taekvondo-uzre-xxvi-dunya-cempionati-baslanir-455362662.html
Bakıda taekvondo üzrə XXVI dünya çempionatı başlanıb
Bakıda taekvondo üzrə XXVI dünya çempionatı başlanıb
Sputnik Azərbaycan
“Öz gücünü alovlandır” şüarı altında təşkil olunan yarış Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. 29.05.2023, Sputnik Azərbaycan
2023-05-29T09:36+0400
2023-05-29T09:36+0400
2023-05-29T09:38+0400
paytaxt xəbərləri
taekvondo
bakı
dünya çempionatı
https://cdnn1.img.sputnik.az/img/41266/18/412661859_0:53:1000:616_1920x0_80_0_0_2b1cc78287d3398095051b41bf98aef4.jpg
BAKI, 29 may - Sputnik. Bu gün Bakıda taekvondo üzrə XXVI dünya çempionatına start verilib.“Baku Crystal Hall”da təşkil olunacaq yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda gücünü sınayacaq.Yeddi gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq. Dünya çempionatında, ümumilikdə, 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçiriləcək. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul edilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib.Son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını Azərbaycana həvalə edib.Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq.Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.(Azərtac)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41266/18/412661859_54:0:946:669_1920x0_80_0_0_5833ed7f8989bfcd404d4342571feee2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taekvondo, bakı, dünya çempionatı
taekvondo, bakı, dünya çempionatı
Bakıda taekvondo üzrə XXVI dünya çempionatı başlanıb
09:36 29.05.2023 (Yenilənib: 09:38 29.05.2023) “Öz gücünü alovlandır” şüarı altında təşkil olunan yarış Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir.
BAKI, 29 may - Sputnik. Bu gün Bakıda taekvondo üzrə XXVI dünya çempionatına start verilib.
“Baku Crystal Hall”da təşkil olunacaq yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda gücünü sınayacaq.
Yeddi gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.
Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq. Dünya çempionatında, ümumilikdə, 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçiriləcək. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul edilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib.
Son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını Azərbaycana həvalə edib.
Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq.
Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.