Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ümidvarıq ki, müntəzəm təmaslar sülh müqaviləsinin əldə olunmasına imkan verəcək - RF XİN

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Abunə olmaq
Nazir müavini vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə iş həm də nəqliyyat-iqtisadi əlaqələrin blokunun açılması, sərhədin delimitasiyası və təmasların inkişafı yolu ilə etimadın möhkəmləndirilməsini əhatə edir.
BAKI, 27 may - Sputnik. Rusiya tərəfi bundan sonra da Azərbaycan-Ermənistan nizamlanmasına hər cür yardım göstərməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan sülh müqaviləsi imzalaya biləcəklər. Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunması normallaşmanın bütün yollarının gedişindən çox asılıdır.

“Bizim köməyimiz məhz buna, o cümlədən mübahisəli məsələlər üzrə həm Bakıya, həm də İrəvana uyğun balanslaşdırılmış kompromis həll yollarının axtarışına yönəlib. Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlərdə mövqeləri yaxınlaşdırmağa imkan verdi. Biz bundan sonra da bu məqsədlər üçün Bakıya və İrəvana hər cür yardım göstərəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh razılaşmalarının əldə olunmasına imkan yaradacaq”, - deyə rusiyalı diplomat bildirib.

Qaluzin xatırladıb ki, mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun BayramovArarat Mirzoyan ilə ikitərəfli və üçtərəfli formatda danışıqlar aparıb.
Bu tədbirlər çərçivəsində sülh müqaviləsi ilə bağlı ayrıca Ermənistan-Azərbaycan görüşü də keçirilib.

“Belə müzakirələr üçün platformamızı təqdim etmək Rusiyanın Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə edilməsinə yardımının elementlərindən biridir. Biz belə işləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edən üçtərəfli sazişlərə uyğun olaraq həyata keçiririk”, - deyə rusiyalı diplomat qeyd edib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması işinə sülh müqaviləsi ilə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ictimai təmasların inkişafı vasitəsilə etimadın möhkəmləndirilməsi kimi sahələr daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0