Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva ilə Vaşinqton arasında vaxtaşırı telefon əlaqəsi baş tutur - Ryabkov

© Thomas Peter / Pool Photo via APRusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib ki, Rusiya ilə ABŞ arasında bütün müvafiq rabitə kanalları mövcuddur, onlar vaxtaşırı sınaqdan keçirilir.
BAKI, 26 may — Sputnik. Rusiya ilə ABŞ arasında telefon əlaqəsi mütəmadi baş verir, lakin Vaşinqton münasibətləri "düzəltməyə" hazır olduğunu nümayiş etdirmir.
Bunu "International Affairs" jurnalına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Rusiya ilə ABŞ arasında bütün müvafiq rabitə kanalları mövcuddur, onlar vaxtaşırı sınaqdan keçirilir. Bu cür rabitə kanallarının işləməsinə əmin olmaq üçün orada müəyyən texniki prosedurlar həyata keçirilir, Moskva və Vaşiqnton arasında telefon danışıqları aparılır. Ancaq biz qarşı tərəfin münasibətlərin düzəlməsinə ciddi şəkildə hazır olduğunu görmürük", - deyə Ryabkov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0