https://sputnik.az/20230526/dovlet-dumasi-sirklerde-heyvanlardan-istifadeye-qadaga-qoymagi-teklif-edib-455308217.html
Dövlət Duması sirklərdə heyvanlardan istifadəyə qadağa qoymağı təklif edib
Dövlət Duması sirklərdə heyvanlardan istifadəyə qadağa qoymağı təklif edib
Sputnik Azərbaycan
Oleq Lebedevin fikrincə, məsələ dövlət səviyyəsində həll olunmalı, ona görə də əyləncə məkanlarının sahiblərinin rəyi nəzərə alınmamalıdır. 26.05.2023, Sputnik Azərbaycan
2023-05-26T23:38+0400
2023-05-26T23:38+0400
2023-05-27T09:58+0400
zoopark
rusiya
inzibati xətalar məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/41978/35/419783520_0:102:2000:1227_1920x0_80_0_0_d2aedae14ec32aef7223165edceecb52.jpg
BAKI, 26 may — Sputnik. Sirklərdə heyvanların istifadəsinə qadağa qoyulmalıdır. Rusiya Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədr müavini Oleq Lebedev bu təklifi verib. Lebedevin sözlərinə görə, qadağa ətraf mühitin qorunmasına və orada heyvanların daha təhlükəsiz həyat sürməsinə kömək edəcək. O hesab edir ki, hökumət bəşəriyyəti rəhbər tutmalıdır və bununla əlaqədar olaraq fil, pələng, şir və su məməlilərinin tamaşalarda istifadəsini qadağan etməyə çağırıb. "Biz bu və digər heyvanları sirklərdə istifadə etməyi dayandırmalıyıq. Birdən-birə yox, tədricən. Bu, təbii ki, ənənədir, amma hazırda biz insanlıq kursunu keçməliyik. Baxın, hansı dördayaqlı heyvanları sirklərdən çıxarmaq lazımdır, bunu hansı qaydada etmək lazımdır. Mənim mövqeyim ondan ibarətdir ki, bu lazımdır", - deyə o, "Podmoskovye seqodnya" internet nəşrinə müsahibəsində bildirib. Millət vəkili onu da vurğulayıb ki, məsələ dövlət səviyyəsində həll olunmalı, ona görə də əyləncə məkanlarının sahiblərinin rəyi nəzərə alınmamalıdır. "Delfinlərin və digər su məməlilərinin təhlükəsizliyini, həyatını təmin etmək üçün mövcud təcrübəni dəyişdirmək lazımdır. Buna yönəlmiş hər hansı təşəbbüs, əlbəttə ki, heyvanların qorunmasına kömək edəcək və dəstəklənəcək. Düşünürəm ki, qadağa qoyulmasının tam zamanıdır", - deyə Lebedev sözünü yekunlaşdırıb. Bundan əvvəl Dövlət Dumasının deputatlarının İnzibati Xətalar Məcəlləsinə heyvanlara qarşı amansız davranmağa, onlardan qurtulmağa və sığınacaqlarda, zooparklarda və sirklərdə düzgün saxlamamaya görə külli miqdarda cərimələr barədə dəyişiklik edəcəyi bildirilib. Bundan əlavə, heyvanları insana hücum edən səhlənkar sahiblərə qarşı cərimə tətbiq edilməsi planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41978/35/419783520_114:0:1887:1330_1920x0_80_0_0_11e7c0d36690c86f36b3e4b1ff7598e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
zoopark, inzibati xətalar məcəlləsi
zoopark, inzibati xətalar məcəlləsi
Dövlət Duması sirklərdə heyvanlardan istifadəyə qadağa qoymağı təklif edib
23:38 26.05.2023 (Yenilənib: 09:58 27.05.2023) Oleq Lebedevin fikrincə, məsələ dövlət səviyyəsində həll olunmalı, ona görə də əyləncə məkanlarının sahiblərinin rəyi nəzərə alınmamalıdır.
BAKI, 26 may — Sputnik. Sirklərdə heyvanların istifadəsinə qadağa qoyulmalıdır.
Rusiya Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədr müavini Oleq Lebedev bu təklifi verib.
Lebedevin sözlərinə görə, qadağa ətraf mühitin qorunmasına və orada heyvanların daha təhlükəsiz həyat sürməsinə kömək edəcək. O hesab edir ki, hökumət bəşəriyyəti rəhbər tutmalıdır və bununla əlaqədar olaraq fil, pələng, şir və su məməlilərinin tamaşalarda istifadəsini qadağan etməyə çağırıb.
"Biz bu və digər heyvanları sirklərdə istifadə etməyi dayandırmalıyıq. Birdən-birə yox, tədricən. Bu, təbii ki, ənənədir, amma hazırda biz insanlıq kursunu keçməliyik. Baxın, hansı dördayaqlı heyvanları sirklərdən çıxarmaq lazımdır, bunu hansı qaydada etmək lazımdır. Mənim mövqeyim ondan ibarətdir ki, bu lazımdır", - deyə o, "Podmoskovye seqodnya" internet nəşrinə müsahibəsində bildirib.
Millət vəkili onu da vurğulayıb ki, məsələ dövlət səviyyəsində həll olunmalı, ona görə də əyləncə məkanlarının sahiblərinin rəyi nəzərə alınmamalıdır.
"Delfinlərin və digər su məməlilərinin təhlükəsizliyini, həyatını təmin etmək üçün mövcud təcrübəni dəyişdirmək lazımdır. Buna yönəlmiş hər hansı təşəbbüs, əlbəttə ki, heyvanların qorunmasına kömək edəcək və dəstəklənəcək. Düşünürəm ki, qadağa qoyulmasının tam zamanıdır", - deyə Lebedev sözünü yekunlaşdırıb.
Bundan əvvəl Dövlət Dumasının deputatlarının İnzibati Xətalar Məcəlləsinə heyvanlara qarşı amansız davranmağa, onlardan qurtulmağa və sığınacaqlarda, zooparklarda və sirklərdə düzgün saxlamamaya görə külli miqdarda cərimələr barədə dəyişiklik edəcəyi bildirilib. Bundan əlavə, heyvanları insana hücum edən səhlənkar sahiblərə qarşı cərimə tətbiq edilməsi planlaşdırılır.