Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda polislərə tabe olmayan avtoxuliqan həbs edilib - VİDEO

Yol polisi - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
Sürücü hərəkətini davam etdirərək yol polislərinə tabe olmayıb. Görülən tədbirlər nəticəsində sürücü saxlanılıb.
BAKI, 26 may — Sputnik. Bakının Nərimanov rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin "Chevrolet" markalı avtomobilin sürücüsü paytaxt sakini Rövşən Musayev qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün ona saxla işarəsi verilib.
Sürücü hərəkətini davam etdirərək yol polislərinə tabe olmayıb. Görülən tədbirlər nəticəsində sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəmənin qərarı ilə sürücü Rövşən Musayev 10 sutka inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir.
Xəbər lenti
0