Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Turistlər Bakıda ən çox hansı məkanlara üz tutur və nədən narazıdırlar - FOTO, VİDEO

© Sputnik / Murad OrujovBakıda turistlər, arxiv şəkli
Bakıda turistlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Turistlər Bakının daha çox qədimi məkanlarına, abidələrinə, tarixi küçəərinə valeh olurlar, amma avropadakından fərqli olaraq onlar burada nəqliyyat səsi və kirliliyindən azad ola bilmirlər.
BAKI, 25 may — Sputnik. Son illər ölkəmizin bir sıra beynəlxalq yarışlara, festivallara, tədbirlərə ev sahibliyi etməsi Azərbaycana turist axınına da əhəmiyyətli dərəcədə təsir edib.
Regionlara üz tutmazdan öncə turistlər ilk olaraq paytaxtın tarixi küçələri, abidələri ilə tanış olmağa maraq göstərirlər. Bu məkanlar arasında ən birinci sırada isə elə qədimiliyi ilə seçilən İçəri Şəhər dayanır.
Qədim, dar küçələri ilə göz oxşayan İçəri Şəhərdə günün istənilən vaxtında həm yerli, həm də əcnəbi turistləri görmək mümkündür. Turislərin qəh-qəhəsinə, uşaqların gülüşünə şahidlik edən bu divarlar, bu küçələr hər kəsi özünə valeh edir.
Əcnəbi turistləri daha çox nə valeh edir, nə məyus edir, onlar daha çox hansı məkanlara üz tuturlar? Bu suallara cavab tapmağa çalışdıq və qısaca da olsa, turistlərin daha çox üz tutduqları məkanları öyrəndik.
Macarıstanlı tələbə Peter Bakı əhlinin daha çox istiqanlı olmasına heyrandır:
© Sputnik / Nigar IskanderovaMacar tələbə Peter Muranyi
Macar tələbə Peter Muranyi - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Macar tələbə Peter Muranyi

"Macarıstan, yaxud da hansısa başqa ölkədə yaxınlaşıb nəsə kömək istəsən, çox soyuqqanlı münasibət göstərərlər. Amma Bakıda bunun əksini görürəm. Bakının tarixi kimi, insanları da çox doğma təsir bağışlayır. Buradakı milli xörəklər, mədəniyyət də çox valehedicidir. Bakını çox sevdiyim üçün Macarıstandan olan bir çox dostlarımı da bura dəvət etmişəm".

Əcnəbi turist Riçard isə Bakının müxtəlif yerlərində olsa da, İçəri Şəhər onda tamam fərqli, nostalji hisslər yaşadıb:
"Bakının bir çox yerlərində müasirliyin daha çox hakim olduğunu görə bilərik. Bəzi yerlərində isə müasirliklə qədimiliyin sintezini görmək mümkündür. Bu sintez bəzi yerlərdə müəkəmməl alınsa da, bəzi yerlərdə düşünürəm ki, o qədər də mükəmməl alınmayıb. Lakin İçəri Şəhərə ayaq basdıqda elə bilirəm ki, qədim Bakıya səyahət edirəm, zamanı geri qaytarıram. Küçələri dar və göz oxşayandır, aparılan restavrasiya işləri zamanı da bu məkanın qədimiliyinə heç bir xələl gəlməyib".
Lakin Riçard hesab edir ki, burada qiymətlər Bakının digər mərkəzi ərazilərindən fərqli olaraq yüksəkdir.

"Məsələn, başqa yerdə 0.70, yaxud da 1, 1.50 manata olan qutabın bir ədədinin qiyməti burada 2-3.50 manat arasında dəyişir. Kiçik ölçülü sular da çox bahadır. Qiymətər bir qədər münasib olarsa, daha yaxşı olardı", - deyə o əlavə edir.

İngiltərədən olan turist Con əsas narahat edən məqam dar küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılmamasıdır:

"Bura ilk addımımı basanda düşündüm ki, Bakının digər yerlərindən fərqli olaraq havası daha təmiz olacaq, avtomobil tüstüsü hiss olunmayacaq. Həmçinin də səs çirklənməsinin olmayacağını zənn edirdim. Küçələrin, divarların, yaşayış məkanların, bir sözlə, çevrənin qədimiliyi insanı valeh etsə də, belə dar küçələrdə avtomobillərin, velosiped və motosiketlərin hərəkətinə hansısa məhdudiyyətin qoyulmaması istirahətimizə pis təsir edir. Düşünürəm ki, nəinki əcnəbi, eləcə də yerli turistlər üçün belə səssiz və təmiz mühitin yaradılması çox önəmlidir".

İngiltərəli qonağın sözlərinə görə, qəfildən bir döngədən avtomobil, yüksək səsli motosikletin çıxması çox üzücüdür:
"Bu gün Avropanın bir çox şəhərlərinin belə mərkəzi, tarixi ərazilərə avtomobillərin girişi qadağandır", - deyə o əlavə edib.
© Sputnik / Nigar IskanderovaKafe və restoranlardakı qiymətlərlə də tanış oluruq
Nigarin yazısına - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Kafe və restoranlardakı qiymətlərlə də tanış oluruq
Həqiqətən də qiymətlər yüksəkdir
Adıçəkilən məkanda urada turistlərin rahat istirahəti və xoş anlar keçirtməsi üçün müxtəlif xidmətlər təklif edən, kiçik kitabxanası olan kafe və restoranlar, pulsuz və möhtəşəm rəsm qalereyaları var. Məsələn, "Qız Qalası Rəsm Qalereyası"nı da buna misal göstərmək olar.
Qədimiliyi ilə göz oxşayan daşlar üzərindən üzü Bakının əsas simvolu olan "Qız Qalası"na üz tuturuq.
İçəri Şəhərdə turistlərin ən çox üz tutduqları yerlərdən biri, bəlkə də elə birincisi "Qız Qalası"dır.
Burada yerli və əcnəbi turistlər üçün bilet qiymətləri fərqlidir və öncəki dövrlə müqayisədə bir qədər artıb.
Turistlər müxtəlif məlumat lövhələrindən Qız Qalası ilə tanış olur, onun tarixini öyrənir.
Qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı Milli Parkın yaxınlığında yerləşən, 12-ci əsrə aid olan bu qalanın ucadılmasında əsas məqsəd şəhər düşmənlərdən qorumaq olub.
Qalanın hündürlüyü 28 metrdir, birinci mərtəbədə divarın qalınlığı 5 metrə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilib, günbəz formalı tavanla örtülüb.
© Sputnik / Nigar Iskanderovaİçərişəhərdə suvenir mağazası
Nigarin yazısına - Sputnik Azərbaycan, 1920, 24.05.2023
İçərişəhərdə suvenir mağazası
Daşdan hörülən bu tavanların ortasında dairəvi deşiklər var. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayan Qız Qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilib.
Təhlükəsizliyi qorumaq məqsədi ilə əvvəlki illərdən fərqli olaraq qalanın ən üst hissəsi xüsusi, qalın şüşəbəndlərlə mühafizə olunur.
Turistlərin ən çox üz tutduqları məkanlar arasında Şirvanşahlar sarayı, Dənizkənarı Milli Park və yeni yaradılan "Suraxanı" gəmi muzeyi də var.
© Official website of President of Azerbaijan Republic“Suraxanı” tanker-muzeyi
“Suraxanı” tanker-muzeyi - Sputnik Azərbaycan, 1920, 24.05.2023
“Suraxanı” tanker-muzeyi
Dünyada ilk, Bakıda unikal tanker-muzey haqda qısa məlumat:
Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Zəngin ekspozisiyası ilə fərqlənən muzeydə qədim nadir eksponlarla yanaşı, yeni innovativ həllər də tətbiq olunub. Burada dənizçiliyin bütün spesifik əməliyyatları ilə həm yaxından tanış olmaq, həm də xüsusi oyun manipulyatorları vasitəsilə həmin əməliyyatları müstəqil şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, muzeydə Azərbaycan dənizçiliyinin tarixi də xüsusi yer tutur.
360 dərəcəli interaktiv ekranlı kinoteatrda Azərbaycanın tarixinə səyahət etmək olar. Muzeyin maraqlı ekspozisiyalarından biri 1918-ci ilin 28 may tarixində, Cümhuriyyətimizin yarandığı gündə ulduzların düzülməsini əks edən göy xəritəsidir.
Üç dildə audio bələdçinin olduğu bu məkanda uşaqlar üçün gözəl şərait yaradılıb. Belə ki, uşaqlar burada gəminin yüklə doldurulmasından tutmuş, Morze əlifbasınadək bir sıra interaktiv oyunlarla bilik və bacarıqlarını artıra bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0