https://sputnik.az/20230525/soyqu-qerb-baki-ile-revan-arasinda-nizamlanma-prosesinde-rusiyani-gozden-salmaga-calisir-455247765.html
Şoyqu: Qərb Bakı ilə İrəvan arasında nizamlanma prosesində Rusiyanı gözdən salmağa çalışır
Şoyqu: Qərb Bakı ilə İrəvan arasında nizamlanma prosesində Rusiyanı gözdən salmağa çalışır
Sputnik Azərbaycan
Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, hazırda Rusiya sülhməramlı kontingenti Qarabağ iqtisadi rayonunda təhlükəsizliyi dəstəkləyir. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T13:12+0400
2023-05-25T13:12+0400
2023-05-25T13:55+0400
rusiya
sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu
bakı
yerevan
ermənistan
sülh
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454219780_0:0:2346:1321_1920x0_80_0_0_7b6df896b9e2f12e43c801e93b17583e.jpg
BAKI, 25 may — Sputnik. Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında yaranmış vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyəti daha çox "Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi" müəyyən edir. Şoyqu vurğulayıb ki, hazırda Rusiya sülhməramlı kontingenti Qarabağ iqtisadi rayonunda təhlükəsizliyi dəstəkləyir. "Lakin Qərb hər cür vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır", - Şoyqu bildirib. Nazirin sözlərinə görə, Qərbin məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək deyil. "Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı qondarma mülki missiyasını göstərmək olar. Bu missiyaya hərbçilər və kəşfiyyatçılar daxildir. Məncə, onların əslində nə işlə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur", - nazir bildirib. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyinin rəhbəri KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işlərin davam etdirilməsini zəruri hesab edib. Qeyd edək ki, cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Moskvaya işgüzar səfərə gəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454219780_293:0:2284:1493_1920x0_80_0_0_c7053edfcd50ecaa7100bdae2a8d3c34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, bakı, yerevan, ermənistan, sülh, ktmt
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, bakı, yerevan, ermənistan, sülh, ktmt
Şoyqu: Qərb Bakı ilə İrəvan arasında nizamlanma prosesində Rusiyanı gözdən salmağa çalışır
13:12 25.05.2023 (Yenilənib: 13:55 25.05.2023) Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, hazırda Rusiya sülhməramlı kontingenti Qarabağ iqtisadi rayonunda təhlükəsizliyi dəstəkləyir.
BAKI, 25 may — Sputnik. Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında yaranmış vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyəti daha çox "Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi" müəyyən edir.
Şoyqu vurğulayıb ki, hazırda Rusiya sülhməramlı kontingenti Qarabağ iqtisadi rayonunda təhlükəsizliyi dəstəkləyir.
"Lakin Qərb hər cür vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır", - Şoyqu bildirib.
Nazirin sözlərinə görə, Qərbin məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək deyil.
"Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı qondarma mülki missiyasını göstərmək olar. Bu missiyaya hərbçilər və kəşfiyyatçılar daxildir. Məncə, onların əslində nə işlə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur", - nazir bildirib.
Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyinin rəhbəri KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işlərin davam etdirilməsini zəruri hesab edib.
Qeyd edək ki, cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Moskvaya işgüzar səfərə gəlib.