Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə Bakı ilə İrəvan arasında vəziyyətin normallaşdırılmasını müzakirə edib

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidФлаги России и Турции
Флаги России и Турции  - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Rusiya Xarici İşlər nazirinin müavini Türkiyə səfiri ilə Moskva, Bakı və Yerevan arasında razılaşmaları müzakirə edib.
BAKI, 25 may - Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə Cənubi Qafqazdakı vəziyyəti və Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlərin icrasını müzakirə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Tərəflər arasında Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Rusiyanın yardımı ilə Bakı ilə İrəvan arasında normallaşma yollarına dair üçtərəfli sazişlərin həyata keçirilməsi müzakirə edilib. Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivlərinə də toxunulub. “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində Cənubi Qafqazda qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb”, - Rusiya XİN-in bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0