Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremlə pilotsuz təyyarə ilə hücumun arxasında Kiyev rejimi dayanır - Peskov

© Sputnik / Владимир АстапковичRusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
ABŞ rəsmiləri hesab edirlər ki, mayın əvvəlində Kremlə pilotsuz təyyarə ilə hücum cəhdi Ukraynanın xüsusi hərbi və ya kəşfiyyat bölmələrindən biri tərəfindən təşkil edilib.
BAKI, 25 may — Sputnik. Mayın 3-nə keçən gecə Kremlə pilotsuz təyyarə ilə hücumun arxasında Kiyev rejimi dayanır. Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz dərhal dedik ki, bunun arxasında Kiyev rejimi dayanır. Bunun arxasında Kiyev rejiminin hansı birliklərinin dayanmasının çox da fərqi yoxdur. Bunun arxasında Kiyev rejimi dayanır, biz bunu bilirik", – deyə Peskov bildirib.
ABŞ rəsmiləri hesab edirlər ki, mayın əvvəlində Kremlə pilotsuz təyyarə ilə hücum cəhdi Ukraynanın xüsusi hərbi və ya kəşfiyyat bölmələrindən biri tərəfindən təşkil edilib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin və ya onun komandasının əməliyyatdan xəbəri olub-olmaması aydın deyil, baxmayaraq ki, bəzi ABŞ rəsmiləri Zelenskinin xəbəri olmadığını düşünürlər.
Rusiya prezidentinin administrasiyası bundan əvvəl bəyan etmişdi ki, mayın 3-nə keçən gecə Kremlə pilotsuz təyyarə ilə hücum cəhdi "Kiyev rejimi" tərəfindən törədilib və bunu digər məsələlərlə yanaşı, Vladimir Putinə qarşı planlaşdırılmış terror aktı və sui-qəsd cəhdi kimi qiymətləndirib.
Xəbər lenti
0