Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə

© Sputnik / Murad OrujovВид на московский кремль с большого каменногомоста
Вид на московский кремль с большого каменногомоста - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Peskovun sözlərinə görə, Azərbaycan prezidenti ilk dəfə olaraq Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak edəcək.
BAKI, 25 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək, ardınca isə liderlərin üçtərəfli görüşü keçiriləcək. Bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Günün birinci yarısında Böyük Kreml Sarayında Aİİ ölkələrinin liderlərinin Avrasiya İqtisadi İttifaqının inkişafına həsr olunacaq sammit keçiriləcək.
Peskovun sözlərinə görə, Azərbaycan prezidenti ilk dəfə olaraq Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak edəcək, Özbəkistan lideri Şavkat Mirziyoyev və Tacikistanın dövlət başçısı Emoməli Rəhmon isə videobağlantı vasitəsilə tədbirə qoşulacaqlar.
Xəbər lenti
0