Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

FTX AES-ə hücuma hazırlaşan iki təxribatçını saxlayıb

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidFTX əməkdaşı
FTX əməkdaşı - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Rusiya FTX mayın 9-dan əvvəl Ukrayna Xarici Kəşfiyyat Xidmətinin iki atom elektrik stansiyasına qarşı təxribat törətmək cəhdinin qarşısını alıb.
BAKI, 25 may — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kiyev tərəfindən cəlb edilən iki təxribatçını Rusiya ərazisindəki atom elektrik stansiyalarına (AES) hücumlar hazırladığı üçün saxlayıb.
Bu barədə Rusiya mediası xəbər verib.
Bildirilir ki, Ukrayna vətəndaşları 1978-ci il təvəllüdlü Aleksandr Maystruk və 1974-cü il təvəllüdlü Eduard Usatenko saxlanılıb.
Həmçinin Ukrayna və Rusiya vətəndaşlığı olan 1963-cü il təvəllüdlü Yuri Kişak da axtarışa verilib. Qeyd olunur ki, hazırda Kişak Belçikadadır.
Bundan əlavə, Rusiya xüsusi xidmət orqanları Rusiya vətəndaşları arasından ukraynalı təxribatçıların iki ortağını müəyyən edərək saxlayıblar.
Bu yaxınlarda bildirilib ki, Rusiya FTX mayın 9-dan əvvəl Ukrayna Xarici Kəşfiyyat Xidmətinin iki atom elektrik stansiyasına qarşı təxribat törətmək cəhdinin qarşısını alıb.
Xəbər lenti
0