Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərzaq təchizatı sahəsində sanksiyalar aradan qaldırılmalıdır - Patruşev

© Sputnik / Арам НерсесянRusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, ehtiyaclı ölkələrdə aclığı aradan qaldırmaq üçün beynəlxalq ərzaq tədarükü ilə bağlı bütün məhdudiyyətlərdən və sanksiyalardan imtina etmək lazımdır.
BAKI, 25 may — Sputnik. Ərzaq təchizatı sahəsində bütün məhdudiyyətlər və sanksiyalar aradan qaldırılmalıdır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Ehtiyaclı ölkələrdə aclığı aradan qaldırmaq üçün beynəlxalq ərzaq tədarükü ilə bağlı bütün məhdudiyyətlərdən və sanksiyalardan imtina etmək lazımdır. Heç bir siyasiləşdirmə olmadan, ərzaq ilk növbədə ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə göndərilməlidir", - Patruşev bildirib.
Patruşevin sözlərinə görə, hazırda bir çox ölkələr ərzaq çatışmazlığından əziyyət çəkir: "Qlobal kənd təsərrüfatı bazarlarında hökmranlıq edən transmilli korporasiyalar mövcud vəziyyətə mənfi təsir göstərir".
Xəbər lenti
0