Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Belarusda nüvə silahı üzərində nəzarət Rusiyaya aiddir - Şoyqu

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiyanın müdafiə naziri Sergey Şoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu  - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Rusiyanın müdafiə naziri qeyd edib ki, gələcəkdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər.
BAKI, 25 may — Sputnik. Belarusda yerləşdirilmiş qeyri-strateji nüvə silahlarına nəzarət, ondan da istifadə etmək qərarı Rusiyaya aiddir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Rusiya nüvə silahını Belarus Respublikasına vermir: onlara nəzarət və onlardan istifadə qərarı Rusiyaya aiddir", - Şoyqu Rusiyanın qeyri-strateji nüvə silahlarının xüsusi bölmədə saxlanması prosedurunu müəyyən edən sənədlərin imzalanması zamanı deyib.
Belarus tərəfdən sənədləri müdafiə naziri Viktor Xrenin imzalayıb.
Eyni zamanda, Rusiyanın müdafiə naziri qeyd edib ki, gələcəkdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər.
Xəbər lenti
0