Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda tarixi binaya müdaxilə faktı aşkarlanıb

© AFP 2024 / GIUSEPPE CACACEBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Qanuna görə abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
BAKI, 25 may — Sputnik. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi binaya (abidə) müdaxilə faktı aşkarlanıb.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib.
Qeyd edilib ki, faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
Xidmətdən bildirilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
"Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. İstifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərimizin bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik", - deyə məlumatda bildirilib (Report).
Xəbər lenti
0