https://sputnik.az/20230525/baki-ile-revan-arasinda-sulh-muqavilesi-neye-esaslanmalidir-rusiya-xn-in-movqeyi-455247935.html
Bakı ilə İrəvan arasında sülh müqaviləsi nəyə əsaslanmalıdır? Rusiya XİN-in mövqeyi
Bakı ilə İrəvan arasında sülh müqaviləsi nəyə əsaslanmalıdır? Rusiya XİN-in mövqeyi
Sputnik Azərbaycan
Rusiya XİN rəhbərinin müavini hesab edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli sazişlər Bakı və... 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T13:26+0400
2023-05-25T13:26+0400
2023-05-25T13:55+0400
rusiya
rusiya xin
ermənistan
sülh sazişi
sülh
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_0:0:3642:2048_1920x0_80_0_0_cf96f4faff2f95f0722a70af45cbb61b.jpg
BAKI, 25 may — Sputnik. Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, dayanıqlı həll yollarına əsaslanmalıdır, tərəflər nəyin fundamental maraqlara cavab verdiyini və davamlı sülhü necə təmin etmək niyyətində olduqlarını özləri qərar verməlidirlər. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsinin həddən artıq həssaslığını nəzərə alaraq, danışıqlar prosesinin gedişatını şərh etmir ki, onun irəliləyişinə mane olmasın. O xatırladıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini tam dəstəkləyir. "2022-ci il oktyabrın 31-də Soçi sammitindən sonra liderlərin üçtərəfli bəyanatında regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi vurğulanır", - rusiyalı diplomat bildirib. Qaluzin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020-ci ilin noyabrından imzalanmış üçtərəfli sazişlər toplusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil edir və Bakı ilə İrəvan arasında barışıq üçün yol xəritəsini formalaşdırır. "Yol xəritəsi nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı istiqamətində addımları ehtiva edir", - Rusiya XİN rəhbərinin müavini qeyd edib. O əlavə edib ki, Rusiya tərəflərə ümumi dil tapmağa, onlara uyğun olan razılaşmalara və kompromislərə gəlməyə kömək edir. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair üçtərəfli görüşündə iştirak etmək üçün cümə axşamı Rusiya paytaxtına gəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_451:0:3182:2048_1920x0_80_0_0_5c9698f16faaf0afd8c8fb069d748497.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, ermənistan, sülh sazişi, sülh
rusiya xin, ermənistan, sülh sazişi, sülh
Bakı ilə İrəvan arasında sülh müqaviləsi nəyə əsaslanmalıdır? Rusiya XİN-in mövqeyi
13:26 25.05.2023 (Yenilənib: 13:55 25.05.2023) Rusiya XİN rəhbərinin müavini hesab edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli sazişlər Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanması üçün yol xəritəsini təşkil edir.
BAKI, 25 may — Sputnik. Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, dayanıqlı həll yollarına əsaslanmalıdır, tərəflər nəyin fundamental maraqlara cavab verdiyini və davamlı sülhü necə təmin etmək niyyətində olduqlarını özləri qərar verməlidirlər. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsinin həddən artıq həssaslığını nəzərə alaraq, danışıqlar prosesinin gedişatını şərh etmir ki, onun irəliləyişinə mane olmasın.
O xatırladıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini tam dəstəkləyir.
"2022-ci il oktyabrın 31-də Soçi sammitindən sonra liderlərin üçtərəfli bəyanatında regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi vurğulanır", - rusiyalı diplomat bildirib.
Qaluzin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020-ci ilin noyabrından imzalanmış üçtərəfli sazişlər toplusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil edir və Bakı ilə İrəvan arasında barışıq üçün yol xəritəsini formalaşdırır.
"Yol xəritəsi nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı istiqamətində addımları ehtiva edir", - Rusiya XİN rəhbərinin müavini qeyd edib.
O əlavə edib ki, Rusiya tərəflərə ümumi dil tapmağa, onlara uyğun olan razılaşmalara və kompromislərə gəlməyə kömək edir.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair üçtərəfli görüşündə iştirak etmək üçün cümə axşamı Rusiya paytaxtına gəlib.