https://sputnik.az/20230525/abs-in-dovlet-borcu-rusiyanin-borcunu-107-defe-usteleyib-455248857.html
ABŞ-ın dövlət borcu Rusiyanın borcunu 107 dəfə üstələyib
ABŞ-ın dövlət borcu Rusiyanın borcunu 107 dəfə üstələyib
Sputnik Azərbaycan
Ötən ilin nəticələrinə görə Rusiyanın dövlət borcu cəmi 294,8 milyard dollar təşkil edib. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T23:02+0400
2023-05-25T23:02+0400
2023-05-25T23:02+0400
dövlət borcu
rusiya
abş
yaponiya
https://cdnn1.img.sputnik.az/img/42204/37/422043702_0:211:3073:1939_1920x0_80_0_0_5e6f7fd6c482cb6daf71896f764f36be.jpg
BAKI, 25 may — Sputnik. 2022-ci ilin sonunda ABŞ-ın dövlət borcu 13 ən böyük borclu ölkənin hökumətlərinin ümumi borcuna bərabər olub və Rusiyanı 107 dəfə üstələyib. Bunu "RİA Novosti" həmin ölkələrin Maliyyə Nazirliyinə istinadən xəbər verir. Rəqəmlər 2022-ci ilin dördüncü rübünün sonunda təhlil ediliblər. Belə ki, ABŞ-ın dövlət borcu 31,42 trilyon dollarla rekord həddə çatıb. İkinci yerdə 9,59 trilyon dollar borcu ilə Yaponiya, üçüncü yerdə isə 3,75 trilyon dollarla Çin qərarlaşıb. Qeyd etmək lazımdır ki, ötən ilin nəticələrinə görə Rusiyanın dövlət borcu cəmi 294,8 milyard dollar təşkil edib ki, bu da yaponların borcundan 33 dəfə, çinlilərin borcundan 13 dəfə azdır. Bu ilin ilk üç ayında Rusiya Federasiyasının borcu daha 15,2 milyard dollar azalıb. Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ-ın bu il iyunun 1-də defoltla üzləşəcəyini mümkün hesab edir. O izah edib ki, bu, Ağ Ev və Konqresin dövlət borcunun tavanının artırılması ilə bağlı razılığa gəlməyə vaxtı olmadığı təqdirdə baş verəcək. Xatırladaq ki, ilin əvvəlində ABŞ-ın dövlət borcu 31,4 trilyon dollara çatıb ki, bu da son hədd olub. Nümayəndələr palatasına nəzarət edən respublikaçılar büdcəni eyni vaxtda azaltmadan onu artırmaqdan imtina edirlər. Ağ Ev irəli sürülən şərtlərlə razılaşmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/37/422043702_0:0:2731:2048_1920x0_80_0_0_ca987241924b504d741bdb76a5ae63c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dövlət borcu, abş, yaponiya
dövlət borcu, abş, yaponiya
ABŞ-ın dövlət borcu Rusiyanın borcunu 107 dəfə üstələyib
Ötən ilin nəticələrinə görə Rusiyanın dövlət borcu cəmi 294,8 milyard dollar təşkil edib.
BAKI, 25 may — Sputnik. 2022-ci ilin sonunda ABŞ-ın dövlət borcu 13 ən böyük borclu ölkənin hökumətlərinin ümumi borcuna bərabər olub və Rusiyanı 107 dəfə üstələyib.
Bunu "RİA Novosti" həmin ölkələrin Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Rəqəmlər 2022-ci ilin dördüncü rübünün sonunda təhlil ediliblər. Belə ki, ABŞ-ın dövlət borcu 31,42 trilyon dollarla rekord həddə çatıb. İkinci yerdə 9,59 trilyon dollar borcu ilə Yaponiya, üçüncü yerdə isə 3,75 trilyon dollarla Çin qərarlaşıb.
Qeyd etmək lazımdır ki, ötən ilin nəticələrinə görə Rusiyanın dövlət borcu cəmi 294,8 milyard dollar təşkil edib ki, bu da yaponların borcundan 33 dəfə, çinlilərin borcundan 13 dəfə azdır. Bu ilin ilk üç ayında Rusiya Federasiyasının borcu daha 15,2 milyard dollar azalıb.
Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ-ın bu il iyunun 1-də defoltla üzləşəcəyini mümkün hesab edir. O izah edib ki, bu, Ağ Ev və Konqresin dövlət borcunun tavanının artırılması ilə bağlı razılığa gəlməyə vaxtı olmadığı təqdirdə baş verəcək.
Xatırladaq ki, ilin əvvəlində ABŞ-ın dövlət borcu 31,4 trilyon dollara çatıb ki, bu da son hədd olub. Nümayəndələr palatasına nəzarət edən respublikaçılar büdcəni eyni vaxtda azaltmadan onu artırmaqdan imtina edirlər. Ağ Ev irəli sürülən şərtlərlə razılaşmır.