Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ Moldovanı Moskva ilə qarşıdurmaya hazırlayır - Rusiya XİN

© Sputnik / Виталий БелоусовRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Rusiya XİN rəhbərinin müavini bildirib ki, ölkədə "hibrid təhdidlər, xarici informasiya müdaxiləsi" ilə mübarizə şüarı altında "açıq-aşkar senzura tətbiq olunacaq, Qərb "dəyərləri" tətbiq olunacaq.
BAKI, 25 may — Sputnik. Avropa İttifaqı Moldovanı Moskva ilə qarşıdurmaya hazırlayır, onların ölkədəki mülki missiyasının Rusiya əleyhinə ittihamı belə gizlədilmir. Bunu Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində bildirib ki,
Mayın sonunda Aİ Şurası Moldovada Vətəndaş Tərəfdaşlığı üzrə Təhlükəsizlik Missiyasına başlayıb. Sənədə əsasən, missiyanın məqsədi hibrid təhdidlərə, o cümlədən kibertəhlükəsizliyə, xarici informasiya manipulyasiyasına və müdaxiləsinə qarşı mübarizə imkanlarının gücləndirilməsində hakimiyyət orqanlarına kömək etməkdir.
"Biz görürük ki, Aİ postsovet məkanında başqa struktur yaratmaq qərarına gələrkən geosiyasi motivləri rəhbər tutur. Aİ Moldovanın hazırkı rəhbərliyinin yeritdiyi qərbyönlü kursu möhkəmləndirməyə, ölkəni qarşıdurmaya hazırlamağa çalışır", - diplomat bildirib.
Qaluzin sözlərinə görə, ölkədə "hibrid təhdidlər, xarici informasiya müdaxiləsi" ilə mübarizə şüarı altında "açıq-aşkar senzura tətbiq olunacaq, Qərb "dəyərləri" tətbiq olunacaq və rusca olan hər şey kökündən silinəcək.
"Belə bir siyasətin Ukraynada nəyə gətirib çıxardığını yaxşı görürük", - o əlavə edib.
"ABŞ və NATO-nun geosiyasi alətinə çevrilmiş Avropa İttifaqının köklü şəkildə dəyişmiş xarakterini nəzərə alsaq, Moldovada yeni mövcudluğun ölkədə vəziyyəti sabitləşdirməyə kömək edəcəyi ehtimalı azdır", - deyə nazir müavini fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0