https://sputnik.az/20230524/zaxarovadan-pasinyanin-aciqlamasina-munasibet-bu-ermenistan-xalqinin-selahiyyetidir-455219787.html
Zaxarovadan Paşinyanın açıqlamasına münasibət: "Bu, Ermənistan xalqının səlahiyyətidir"
Zaxarovadan Paşinyanın açıqlamasına münasibət: "Bu, Ermənistan xalqının səlahiyyətidir"
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi xatırladıb ki, Praqada 1991-ci il Alma-Ata Bəyannaməsinə istinaddan ibarət birgə bəyanat qəbul edilib, ona əsasən keçmiş sovet... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T16:21+0400
2023-05-24T16:21+0400
2023-05-24T16:25+0400
mariya zaxarova
rusiya
nikol paşinyan
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 24 may — Sputnik. Rusiya Ermənistanın baş nazirinin bəyanatını onun 2022-ci il oktyabrın 7-də Praqada Ermənistan, Azərbaycan, Fransa və Aİ liderlərinin iştirakı ilə keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndirir. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı sözlərini şərh edərkən deyib. Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğunu bildirib. Ermənistan rəhbərliyinin tanıdığı əraziyə həm Dağlıq Qarabağ, həm də Sovet Azərbaycanının anklavları daxildir. Zaxarova xatırladıb ki, Praqada 1991-ci il Alma-Ata Bəyannaməsinə istinaddan ibarət birgə bəyanat qəbul edilib, ona əsasən keçmiş sovet respublikaları arasında inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınıb. Zaxarova qeyd edib ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyanın son bəyanatları Ermənistanın özündə, Dağlıq Qarabağda qarışıq reaksiyalara səbəb olub. O, əlavə edib ki, Rusiya münaqişənin həllində vasitəçidir və bu baxımdan "Ermənistanın "Dağlıq Qarabağ" məsələsində aydın mövqeyinin olması vacibdir. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, bu cür bəyanatlar Ermənistan və onun xalqının səlahiyyətidir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Qurgen Arsenyan baş nazir Nikol Paşinyanın sülh gündəmini, Ermənistan və Azərbaycanın 1991-ci ildən etibarən bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını dəstəklədiyini bəyan edib. O bildirib ki, bəzən dövlətin maraqları erməni xalqının milli maraqlarından üstündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, nikol paşinyan, qarabağ
mariya zaxarova, nikol paşinyan, qarabağ
Zaxarovadan Paşinyanın açıqlamasına münasibət: "Bu, Ermənistan xalqının səlahiyyətidir"
16:21 24.05.2023 (Yenilənib: 16:25 24.05.2023) Rusiya XİN rəsmisi xatırladıb ki, Praqada 1991-ci il Alma-Ata Bəyannaməsinə istinaddan ibarət birgə bəyanat qəbul edilib, ona əsasən keçmiş sovet respublikaları arasında inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınıb.
BAKI, 24 may — Sputnik. Rusiya Ermənistanın baş nazirinin bəyanatını onun 2022-ci il oktyabrın 7-də Praqada Ermənistan, Azərbaycan, Fransa və Aİ liderlərinin iştirakı ilə keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndirir. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı sözlərini şərh edərkən deyib.
Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğunu bildirib. Ermənistan rəhbərliyinin tanıdığı əraziyə həm Dağlıq Qarabağ, həm də Sovet Azərbaycanının anklavları daxildir.
Zaxarova xatırladıb ki, Praqada 1991-ci il Alma-Ata Bəyannaməsinə istinaddan ibarət birgə bəyanat qəbul edilib, ona əsasən keçmiş sovet respublikaları arasında inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınıb.
"Dəfələrlə qeyd etdiyimiz kimi, Praqa sazişi Bakı ilə İrəvan arasında danışıqlar prosesinə keyfiyyətcə yeni çərçivə verdi", - Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyanın son bəyanatları Ermənistanın özündə, Dağlıq Qarabağda qarışıq reaksiyalara səbəb olub.
O, əlavə edib ki, Rusiya münaqişənin həllində vasitəçidir və bu baxımdan "Ermənistanın "Dağlıq Qarabağ" məsələsində aydın mövqeyinin olması vacibdir.
"Bu, uzun illərdir davam edən münaqişədir. Beynəlxalq strukturlar və regional ölkələr vasitəsilə vasitəçilik səyləri göstərilib. Təbii ki, qəbul edilmiş sənədlər irəliləyişə nail olmaq üçün imzalanıbsa, dövlətin bu məsələdə aydın mövqeyini başa düşmək lazımdır", - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, bu cür bəyanatlar Ermənistan və onun xalqının səlahiyyətidir.
Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Qurgen Arsenyan baş nazir Nikol Paşinyanın sülh gündəmini, Ermənistan və Azərbaycanın 1991-ci ildən etibarən bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını dəstəklədiyini bəyan edib. O bildirib ki, bəzən dövlətin maraqları erməni xalqının milli maraqlarından üstündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.