Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Təhlükəsizliyin ümumi arxitekturası üçün yanaşmalar hazırlamaq lazımdır - Patruşev

© Sputnik Виктор Толочко / Mediabanka keçidRusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, müzakirələr təhlükəsizliyin təmin edilməsinə həm milli, həm də beynəlxalq səviyyədə tələb olunan bu cür yanaşmaların işlənib hazırlanmasına imkan verəcək.
BAKI, 24 may — Sputnik. Qərblə qarşıdurma şəraitində beynəlxalq təhlükəsizliyin ümumi arxitekturasının qurulması üçün yanaşmalar hazırlamaq lazımdır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ali Nümayəndələrin XI Beynəlxalq Toplantısının plenar iclasında bildirib.

"Qərbin fundamental norma və dəyərlərin məhv edilməsi kursu kontekstində istisnasız olaraq bütün dövlətlərin sosial-iqtisadi inkişafına və beynəlxalq təhlükəsizliyin vahid və bölünməz arxitekturasının qurulmasına yönəlmiş birləşdirici gündəliyin hazırlanması zərurəti həmişəkindən daha çox artır", - Patruşev bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn plenar iclaslar və müzakirələr təhlükəsizliyin təmin edilməsinə həm milli, həm də beynəlxalq səviyyədə tələb olunan bu cür yanaşmaların işlənib hazırlanmasına imkan verəcək.
Patruşev bildirib ki, bu il iclasda 101 dövlətin təhlükəsizlik şuralarının katibləri, dövlət başçılarının milli təhlükəsizlik məsələləri üzrə köməkçiləri və müşavirləri, nazirlər və kəşfiyyat xidmətlərinin rəhbərləri, habelə 7 baş katib və nümayəndənin başçılıq etdiyi 112 xarici nümayəndə heyəti iştirak edir.
"Mən ənənəvi iştirakçılarımızı, eləcə də Malavi dövlətinin yüksək nümayəndələrini, MDB, KTMT, Aİİ, ŞƏT katibliklərini, Mərkəzi Amerika İnteqrasiya Sisteminin və Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyinin rəhbərliyini ayrıca salamlamaq istərdim", - Patruşev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0