Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ŞƏT-in terrorla mübarizəyə töhfə verir - Patruşev

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidNikolay Patruşev
Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
RF Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, indi dövlət başçılarının qərarı ilə ŞƏT-in fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də təşkilatın məqsəd və prinsiplərini bölüşən dövlətlərlə dialoq tərəfdaşlığı institutunun gücləndirilməsi nəzərdə tutulur.
BAKI, 24 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə çox işlər görür. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev birliyə üzv ölkələrdən oan həmkarları ilə görüşdə deyib.

"ŞƏT-ə üzv dövlətlər beynəlxalq antiterror əməkdaşlığa konstruktiv töhfə verirlər. Ölkələrimiz informasiya təhlükəsizliyinin təmin edilməsi, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində fəal təşəbbüslər irəli sürürlər", - o bildirib.

Patruşev xatırladıb ki, indi dövlət başçılarının qərarı ilə ŞƏT-in fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də təşkilatın məqsəd və prinsiplərini bölüşən dövlətlərlə dialoq tərəfdaşlığı institutunun gücləndirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0