Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada Slavyan yazısı və Mədəniyyəti Günü qeyd olunur

© Sputnik / Виталий Аньков / Mediabanka keçidVladivostokda Müqəddəs Kiril və Mefodiyə abidə, arxiv şəkli
Vladivostokda Müqəddəs Kiril və Mefodiyə abidə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Slavyan yazısı və Mədəniyyəti Günü bu gün Rusiyada və digər ölkələrdə qeyd olunur.
BAKI, 24 may — Sputnik. Hər il mayın 24-də Rusiya və digər slavyan ölkələrində Slavyan yazısı və Mədəniyyəti Gününü qeyd edirlər. Bayram Slavyan əlifbasının yaradıcıları - müqəddəs Kiril və Mefodinin xatirəsinə həsr olunub.
863-cü ildə Bizans imperatorunun göstərişi ilə yunan qardaşları Böyük Moraviyaya yola düşüblər, burada hökmdar Konstantinopoldan ölkə tərəfindən yeni qəbul edilmiş xristianlığı təbliğ etmək üçün müəllimlər göndərməyi xahiş edib.
© Sputnik / Murad OrujovKiril qrafikasında yığılmış kitab
Kiril qrafikasında yığılmış kitab  - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Kiril qrafikasında yığılmış kitab
Məhz bu hadisə ilə Kirilin slavyan dilinin fonetik xüsusiyyətlərini əks etdirən əlifbanı (qədim əlifba) və slavyan dilində ilk bədii mətnin - İncilin tərcüməsini yaratması əlaqələndirilir.
Qardaşların vəfatından dərhal sonra onlar Müqəddəs sayılıblar. Onların adları Rusiya, Ukrayna, Belarusiya, Bolqarıstan, Serbiya və digər ölkələrin pravoslav xalqları tərəfindən hörmətlə qarşılanır.
Bayramın şərəfinə Moskvada Kiril və Mefodi adına Patriarxal Ədəbi Mükafatının təqdimat mərasimi keçiriləcək. Builki namizədlər arasında rusiyalı kinodramaturq Aleksey Solonitsin, belarus yazıçısı Vyaçeslav Bondarenko, tarixçi-mediyevist Aleksandr Dvorkin də var.
Həmçinin, Qızıl Meydanda aparıcı sənətçilər - Valeri Gergiev, Denis Matsuyev, İldar Abdrazakov və başqalarının iştirakı ilə konsert keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0