Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN ABŞ-ın Gürcüstana qarşı sanksiya tətbiq etmək təhdidini müdaxilə adlandırıb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Gürcüstanın "Georgian Airways" aviaşirkəti mayın 20-dən Rusiyaya uçuş icazəsi alıb.
BAKI, 24 may — Sputnik. Rusiya ilə təyyarə uçuşların bərpası ilə bağlı ABŞ-ın Gürcüstana qarşı tətbiq etdiyi mümkün sanksiyalar barədə təhdidləri digər dövlətlərin daxili işlərinə müdaxilə deməkdir.
Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın sözlərinə istinadən xəbər verib.

"Buna Suveren dövlətlərin daxili işlərinə müdaxilə etməkdən başqa heç bir başqa ad vermək olmaz", - deyə Zaxarova qeyd edib.

Diplomat bildirib ki, söhbət coğrafi baxımdan qonşu olan ölkələrin təyyarə uçuşlarından gedir.
"Tarixi kontekstdə bizi çox şey bağlayır. Bu məsələdə ABŞ-ın olması ümumiyyətlə aydın deyil. Burada heç bir məntiqli izahat yoxdur və ola da bilməz. ABŞ hansı səbəbə görə iki suveren dövlətin razılaşmaları barədə şərh etməyi mümkün hesab edir", - deyə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsindən sitat gətirib.
ABŞ Dövlət Departamenti bu yaxınlarda Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunmasından narahat olduğunu bildirib. Onlar vurğulayıblar ki, bu, şirkətlərin və Gürcüstan hava limanlarının sanksiya təhlükəsi altında ola biləcəyi anlamına gələ bilər.
Vaşinqtonda qeyd ediblər ki, hazırda Rusiya ilə qarşılıqlı əlaqəni artırmağın vaxtı deyil.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
Moskvada bildiriblər ki, qəbul edilən qərarlar diplomatik münasibətlərin olmamasına baxmayaraq, rusiyalılar və gürcülər arasında ünsiyyət və əlaqələrin ardıcıl olaraq asanlaşdırmaq üçün Rusiyanın prinsipial yanaşmasına uyğundur.
Gürcüstanın "Georgian Airways" aviaşirkəti mayın 20-dən Rusiyaya uçuş icazəsi alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0