https://sputnik.az/20230524/rest-astara-demir-yolu-uzre-emekdasliq-azerbaycanla-six-terefdasliqda-heyata-kecirilir-455234429.html
Rəşt-Astara dəmir yolu üzrə əməkdaşlıq Azərbaycanla sıx tərəfdaşlıqda həyata keçirilir
Rəşt-Astara dəmir yolu üzrə əməkdaşlıq Azərbaycanla sıx tərəfdaşlıqda həyata keçirilir
Sputnik Azərbaycan
Rusiya prezidenti İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edib. 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T19:39+0400
2023-05-24T19:39+0400
2023-05-24T19:39+0400
rusiya
rusiya prezidenti vladimir putin
rəşt-astara dəmir yolu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455231793_0:153:3099:1896_1920x0_80_0_0_e31d5650e9283422e62dece6bbbbdfe9.jpg
BAKI, 24 may - Sputnik. Rusiya Şimal-Cənub marşrutu üzrə sənədlərin hazırlanmasının tezliklə başa çatacağına ümid edir. Bunu Rusiya prezidenti Vladimir Putin ikinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, ötən gün Rusiya və İran arasında Baltik və şimal dənizlərindəki Rusiya limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirəcək Rəşt-Astara dəmir yolunun hissəsinin çəkilməsi haqqında saziş imzalanıb."Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlisi (BND) Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur.BND-nin üç marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb və şərq (quru yolla).Mayın 17-də Rusiya və İran BND-nin qərb marşrutu üzrə İranda Rəşt-Astara dəmir yolunun sonuncu zəruri hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455231793_184:0:2915:2048_1920x0_80_0_0_5ee037d237672558e4ada1e65942aebd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, rəşt-astara dəmir yolu, azərbaycan
rusiya prezidenti vladimir putin, rəşt-astara dəmir yolu, azərbaycan
Rəşt-Astara dəmir yolu üzrə əməkdaşlıq Azərbaycanla sıx tərəfdaşlıqda həyata keçirilir
Rusiya prezidenti İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edib.
BAKI, 24 may - Sputnik. Rusiya Şimal-Cənub marşrutu üzrə sənədlərin hazırlanmasının tezliklə başa çatacağına ümid edir. Bunu Rusiya prezidenti Vladimir Putin ikinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən gün Rusiya və İran arasında Baltik və şimal dənizlərindəki Rusiya limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirəcək Rəşt-Astara dəmir yolunun hissəsinin çəkilməsi haqqında saziş imzalanıb.
“Bu il yeni filialın tikintisinə başlanılacaq. Bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir və biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda müvafiq sənədlərin, konkret olaraq Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanması və imzalanmasının tezliklə başa çatmasını gözləyirik", - deyə Putin bildirib.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlisi (BND) Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur.
BND-nin üç marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb və şərq (quru yolla).
Mayın 17-də Rusiya və İran BND-nin qərb marşrutu üzrə İranda Rəşt-Astara dəmir yolunun sonuncu zəruri hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.