https://sputnik.az/20230524/mudafie-nazirliyi-may-ayinda-600-hektaradek-erazi-minalardan-tam-temizlenib---vdeo-455192375.html
Müdafiə Nazirliyi: May ayında 600 hektaradək ərazi minalardan tam təmizlənib - VİDEO
Müdafiə Nazirliyi: May ayında 600 hektaradək ərazi minalardan tam təmizlənib - VİDEO
Sputnik Azərbaycan
Qeyd edək ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T23:18+0400
2023-05-24T23:18+0400
2023-05-25T09:59+0400
müdafiə nazirliyi
qarabağ
mina
ərazi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442077385_0:84:889:584_1920x0_80_0_0_80e1d19cdf34f327f683fe904851c599.jpg
BAKI, 24 may — Sputnik. Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari ilin may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30420 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin may ayı ərzində ümumilikdə 830 km yol qar örtüyündən təmizlənib. Qeyd edək ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Azad edilmiş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442077385_0:0:889:667_1920x0_80_0_0_3d7f23a3236395bdb3945e1976ab24f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, mina, ərazi
müdafiə nazirliyi, mina, ərazi
Müdafiə Nazirliyi: May ayında 600 hektaradək ərazi minalardan tam təmizlənib - VİDEO
23:18 24.05.2023 (Yenilənib: 09:59 25.05.2023) Qeyd edək ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
BAKI, 24 may — Sputnik. Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari ilin may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30420 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Bundan başqa, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin may ayı ərzində ümumilikdə 830 km yol qar örtüyündən təmizlənib.
Qeyd edək ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilmiş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.