QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Anklavlar məsələsi hələ razılaşdırılmayıb - Paşinyan

© AFP 2024 / DMITRY ASTAKHOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Ermənistan baş naziri bildirib ki, anklavlar məsələsi hələ razılaşdırılmayıb, bütün variantlar müzakirə olunur.
BAKI, 24 may — Sputnik. Ermənistan və Azərbaycan ərazilərində mövcud olan anklavlarla bağlı heç bir qərar qəbul edilməyib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib.

"Bildiyiniz kimi, bizim razılaşdığımız məsələlər var, lakin anklavlar məsələsi hələ razılaşdırılmayıb, bütün variantlar müzakirə olunur", - Paşinyan bildirib.

Xatırladaq ki, Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğunu bildirib. Ermənistan rəhbərliyinin tanıdığı əraziyə həm "Dağlıq Qarabağ", həm də Sovet Azərbaycanının anklavları daxildir.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə Münhen və Brüsseldə keçirilən görüşlərdə "anklavların mövcudluğu siyasi səviyyədə təsdiqlənib".

"Ermənistana məxsus olan və Azərbaycan ərazisində yerləşən Artsvaşen var, Ermənistan ərazisində Azərbaycana məxsus olan anklavlar var. Bəli, biz bunu siyasi səviyyədə tanıyırıq", - Paşinyan bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0