https://sputnik.az/20230523/srail-rusiyaya-yeni-sefir-teyin-edib-455184817.html
İsrail Rusiyaya yeni səfir təyin edib
İsrail Rusiyaya yeni səfir təyin edib
Sputnik Azərbaycan
İsrailin xarici işlər naziri Eli Koen Simona Qalperinə yeni vəzifəsində uğurlar arzulayıb. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T23:34+0400
2023-05-23T23:34+0400
2023-05-23T23:34+0400
rusiya
israil
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427224704_0:62:1920:1142_1920x0_80_0_0_4e102da8a62c0c2194f24796b6c29b3d.jpg
BAKI, 23 may - Sputnik. İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Simona Qalperin Rusiyaya səfir təyin edilib. Bu barədə mayın 23-də idarədən məlumat verilib.Xəbərdə həmçinin bildirilir ki, xarici işlər naziri Eli Koen Qalperinə yeni vəzifəsində uğurlar arzulayıb.Qalperin həmçinin İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar departamentinin rəis müavini vəzifəsini tutur. Onun təyinatı üçün İsrail hökumətinin razılığı lazımdır. Keçmişdə Qalperin İsrailin Tayvanda, daha sonra Sinqapur və Şərqi Timorda qeyri-rəsmi diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb.O, 1969-cu ildə Riqada anadan olub və 1976-cı ilə qədər SSRİ-də yaşayıb.İsrailin Rusiyadakı əvvəlki səfiri Aleksandr Ben Zvi bu vəzifəni 7 oktyabr 2020-ci ildən icra edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427224704_47:0:1755:1281_1920x0_80_0_0_51cbc7ad14efa165db0cd778d026ab34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil
İsrail Rusiyaya yeni səfir təyin edib
İsrailin xarici işlər naziri Eli Koen Simona Qalperinə yeni vəzifəsində uğurlar arzulayıb.
BAKI, 23 may - Sputnik. İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Simona Qalperin Rusiyaya səfir təyin edilib. Bu barədə mayın 23-də idarədən məlumat verilib.
Xəbərdə həmçinin bildirilir ki, xarici işlər naziri Eli Koen Qalperinə yeni vəzifəsində uğurlar arzulayıb.
Qalperin həmçinin İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar departamentinin rəis müavini vəzifəsini tutur. Onun təyinatı üçün İsrail hökumətinin razılığı lazımdır.
Keçmişdə Qalperin İsrailin Tayvanda, daha sonra Sinqapur və Şərqi Timorda qeyri-rəsmi diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb.
O, 1969-cu ildə Riqada anadan olub və 1976-cı ilə qədər SSRİ-də yaşayıb.
İsrailin Rusiyadakı əvvəlki səfiri Aleksandr Ben Zvi bu vəzifəni 7 oktyabr 2020-ci ildən icra edir.