Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Su-27 qırıcısı Baltik dənizində ABŞ-ın bombardmançısına qarşı havaya qalxıb

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidRusiyanın Su-27 qırıcısı
Rusiyanın Su-27 qırıcısı - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Rusiya qırıcısının ekipajı hava hədəflərini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsi kimi təsnif edib.
BAKI, 23 may - Sputnik. Rusiyanın Su-27 qırıcısı Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.
Bu barədə jurnalistlərə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzində məlumat verilib.
Qeyd olunub ki, Rusiya qırıcısının ekipajı hava hədəflərini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsi kimi təsnif edib.
Rusiya Federasiyasının dövlət sərhədinin pozulması halları qeydə alınmayıb.
Həmçinin Rusiya Federasiyasının Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzi xarici hərbi təyyarələrin Rusiya Federasiyasının dövlət sərhədindən çıxarılmasından sonra rus qırıcısının öz baza aerodromuna qayıtdığını bildirib.
Xəbər lenti
0