https://sputnik.az/20230523/rusiya-mn-kiyev-dinc-ehaliye-qarsi-terror-hucumlarina-baslayib-455176152.html
Rusiya MN: Kiyev dinc əhaliyə qarşı terror hücumlarına başlayıb
Rusiya MN: Kiyev dinc əhaliyə qarşı terror hücumlarına başlayıb
Sputnik Azərbaycan
Nazirlik təxribat və kəşfiyyat qrupunun Belqorod vilayətinə olan hücumunu şərh edib. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T17:36+0400
2023-05-23T17:36+0400
2023-05-23T17:37+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
iqor konaşenkov
müdafiə nazirliyi
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836947_0:160:3072:1888_1920x0_80_0_0_2c2d7f423fdfbce4e2df3f694fb493bd.jpg
BAKI, 23 may — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Artyomovskdakı uğursuzluğundan sonra Ukrayna hakimiyyəti mülki əhaliyə qarşı terror hücumlarına başlayıb. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib. "Kiyev rejimi Artyomovsk şəhərində məğlubiyyətə uğrayaraq dinc əhaliyə qarşı terror aksiyalarının həyata keçirilməsinə başlayıb. Mayın 22-də "Kozinka" beynəlxalq keçid məntəqəsi, eləcə də Belqorod vilayətinin Qrayvoron rayonunda bir sıra digər mülki obyektlər intensiv artilleriya atəşinə tutulduqdan sonra Ukrayna Milliyyətçi dəstəsinin bölməsi Rusiya Federasiyasının ərazisinə basqın edib", - deyə Konaşenkov bildirib. Xatırladaq ki, bu yaxınlarda Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor Vladimir Zelenskinin Artyomovskı nəyin bahasına olursa-olsun saxlamaq qərarının Ukraynanı fəlakətli nəticələrə gətirib çıxardığını və Ukrayna Silahlı Qüvvələrinin şəhəri tuta bilməməsi Kiyev üçün dönüş nöqtəsi olacağını bildirib. Ukrayna hakimiyyətinin terror fəaliyyətinə meylli olduğunu bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib. O, rusiyalı yazıçı Zaxar Prilepinə qarşı törədilən terror aktını şərh edərkən deyib ki, ABŞ Ukrayna rejimindən daha bir terror ocağı yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836947_171:0:2902:2048_1920x0_80_0_0_ae36bf039acb0db0bccc23ad697e134a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, xüsusi hərbi əməliyyat, iqor konaşenkov, müdafiə nazirliyi, rusiya müdafiə nazirliyi
rusiya, xüsusi hərbi əməliyyat, iqor konaşenkov, müdafiə nazirliyi, rusiya müdafiə nazirliyi
Rusiya MN: Kiyev dinc əhaliyə qarşı terror hücumlarına başlayıb
17:36 23.05.2023 (Yenilənib: 17:37 23.05.2023) Nazirlik təxribat və kəşfiyyat qrupunun Belqorod vilayətinə olan hücumunu şərh edib.
BAKI, 23 may — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Artyomovskdakı uğursuzluğundan sonra Ukrayna hakimiyyəti mülki əhaliyə qarşı terror hücumlarına başlayıb.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.
"Kiyev rejimi Artyomovsk şəhərində məğlubiyyətə uğrayaraq dinc əhaliyə qarşı terror aksiyalarının həyata keçirilməsinə başlayıb. Mayın 22-də "Kozinka" beynəlxalq keçid məntəqəsi, eləcə də Belqorod vilayətinin Qrayvoron rayonunda bir sıra digər mülki obyektlər intensiv artilleriya atəşinə tutulduqdan sonra Ukrayna Milliyyətçi dəstəsinin bölməsi Rusiya Federasiyasının ərazisinə basqın edib", - deyə Konaşenkov bildirib.
Xatırladaq ki, bu yaxınlarda Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor Vladimir Zelenskinin Artyomovskı nəyin bahasına olursa-olsun saxlamaq qərarının Ukraynanı fəlakətli nəticələrə gətirib çıxardığını və Ukrayna Silahlı Qüvvələrinin şəhəri tuta bilməməsi Kiyev üçün dönüş nöqtəsi olacağını bildirib.
Ukrayna hakimiyyətinin terror fəaliyyətinə meylli olduğunu bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib. O, rusiyalı yazıçı Zaxar Prilepinə qarşı törədilən terror aktını şərh edərkən deyib ki, ABŞ Ukrayna rejimindən daha bir terror ocağı yaradıb.