Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

RF MN: USQ Krasnolimansk istiqamətində itirilmiş mövqelərini geri qaytarmağa cəhd edib

© Sputnik / Виктор Антонюк / Mediabanka keçidUkrayna ordusunun məhv edilmiş tankı
Ukrayna ordusunun məhv edilmiş tankı - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
ЧПУ:
Тайтл:
Подводка: Rusiya Silahlı Qüvvələrinin artilleriya zərbəsindən sonra Ukrayna qoşunları həm şəxsi heyət, həm də texnika baxımından ciddi itkilər verib.
BAKI, 23 may — Sputnik. Nigar Sədrəddinova.
Ukrayna Silahlı Qüvvələri (USQ) Krasnolımansk istiqamətində itirilmiş mövqelərini geri qaytarmağa çalışıb. Lakin Rusiya artilleriyasının hücumu nəticəsində Ukrayna qoşunları xeyli itki verib.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.
"Torskoye ərazisində və Serebryansk meşə təsərrüfatının bölgəsində Ukrayna Silahlı Qüvvələrinin 81-ci aeromobil briqadasından və 63-cü mexanikləşdirilmiş briqadasından olan düşmən itirilmiş mövqelərini geri qaytarmağa cəhd edib", - deyə Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qrupunun mətbuat mərkəzinin rəhbəri Aleksandr Savçuk RİA Novosti-yə deyib.
O, bildirib ki, Rusiya Silahlı Qüvvələrinin (RSQ) artilleriya zərbəsindən sonra Ukrayna qoşunları həm şəxsi heyət, həm də texnika baxımından ciddi itkilər verib.
Bundan əlavə, Rusiya aviasiyası Krasnolimansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin istehkam və müvəqqəti yerləşdirmə məntəqələrinə hücum edib.
"KP.RU" saytı yazıb ki, bu yaxınlarda Luqansk xalq milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko bildirib ki, Ukrayna Silahlı Qüvvələri Artyomovskı tərk etməli olan bölmələri Kupyansk və Krasnolimansk istiqamətlərinə köçürür.
Ekspertin sözlərinə görə, sağ qalan bölmələrin bir hissəsi kadr komplektləşdirildikdən sonra Koşarovka və Slavyansk qəsəbələrinə göndərilib. Maroçkonun sözlərinə görə, bu, Ukrayna ordusunu bu istiqamətlərdə gücləndirmək üçün edilib.
Xəbər lenti
0