https://sputnik.az/20230523/peskov-belqorod-vilayetinde-bas-verenleri-anladib-455165558.html
Peskov Belqorod vilayətində baş verənləri anladıb
Peskov Belqorod vilayətində baş verənləri anladıb
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, gələcəkdə belə hücumların qarşısını almaq üçün xüsusi hərbi əməliyyat davam etdirilir. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T22:17+0400
2023-05-23T22:17+0400
2023-05-23T22:17+0400
dmitri peskov
rusiya
kreml
belqorod vilayəti
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_0:0:3072:1728_1920x0_80_0_0_a7743b21c1e3df9fb7c4f2be0622efce.jpg
BAKI, 23 may — Sputnik. Kreml ukraynalı diversantların Belqorod vilayətinə daxil olmasından dərin narahatdır, lakin əmin edir ki, gələcəkdə belə halın baş verməməsi üçün lazımi səylər göstərilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə deyib. "Əlbəttə, dünən baş verənlər dərin narahatlıq doğurur. Bu, bir daha təsdiqləyir ki, ukraynalı silahlılar ölkəmizə qarşı fəaliyyətlərini davam etdirirlər. Bu, bizdən çox səy tələb edir", - Kreml sözçüsü bildirib. Onun sözlərinə görə, bu səylər davam edir və gələcəkdə belə hücumların qarşısını almaq üçün xüsusi hərbi əməliyyat davam etdirilir. Təxribatçıların etnik mənsubiyyəti ilə bağlı sualı cavablandıran Peskov vurğulayıb ki, bunlar Ukraynadan olan ukraynalı silahlılardır. "Ukraynada bir çox etnik rus yaşayır, lakin Rusiya Federasiyasının ərazisini işğal edən diversantlar ukraynalı yaraqlılardır. Bizim xüsusi departamentlərimiz onların kimliyini öyrənəcək", - o bildirib. Kreml sözçüsü ukraynalı yaraqlıların zərərsizləşdirilməsi üzrə əməliyyatın müddəti barədə də danışmayıb. "Mən əməliyyatın davam etdiyini dəqiq deyə bilmərəm, bu, bizim hüquq-mühafizə orqanlarının, Müdafiə Nazirliyinin və federal təhlükəsizlik xidmətinin mövzusudur", - deyə o, əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_171:0:2902:2048_1920x0_80_0_0_51917d415c1c870fb78c87edfb7d8324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, kreml, belqorod vilayəti, ukrayna
dmitri peskov, kreml, belqorod vilayəti, ukrayna
Peskov Belqorod vilayətində baş verənləri anladıb
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, gələcəkdə belə hücumların qarşısını almaq üçün xüsusi hərbi əməliyyat davam etdirilir.
BAKI, 23 may — Sputnik. Kreml ukraynalı diversantların Belqorod vilayətinə daxil olmasından dərin narahatdır, lakin əmin edir ki, gələcəkdə belə halın baş verməməsi üçün lazımi səylər göstərilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə deyib.
"Əlbəttə, dünən baş verənlər dərin narahatlıq doğurur. Bu, bir daha təsdiqləyir ki, ukraynalı silahlılar ölkəmizə qarşı fəaliyyətlərini davam etdirirlər. Bu, bizdən çox səy tələb edir", - Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, bu səylər davam edir və gələcəkdə belə hücumların qarşısını almaq üçün xüsusi hərbi əməliyyat davam etdirilir.
Təxribatçıların etnik mənsubiyyəti ilə bağlı sualı cavablandıran Peskov vurğulayıb ki, bunlar Ukraynadan olan ukraynalı silahlılardır.
"Ukraynada bir çox etnik rus yaşayır, lakin Rusiya Federasiyasının ərazisini işğal edən diversantlar ukraynalı yaraqlılardır. Bizim xüsusi departamentlərimiz onların kimliyini öyrənəcək", - o bildirib.
Kreml sözçüsü ukraynalı yaraqlıların zərərsizləşdirilməsi üzrə əməliyyatın müddəti barədə də danışmayıb. "Mən əməliyyatın davam etdiyini dəqiq deyə bilmərəm, bu, bizim hüquq-mühafizə orqanlarının, Müdafiə Nazirliyinin və federal təhlükəsizlik xidmətinin mövzusudur", - deyə o, əlavə edib.