https://sputnik.az/20230523/bu-kend-minalarla-daha-cox-cirklenmis-erazi-kateqoriyasina-daxil-edilib-455167749.html
Bu kənd minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib
Bu kənd minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib
Sputnik Azərbaycan
Agentlik tərəfindən həmin ərazidə 1 aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib. 23.05.2023, Sputnik Azərbaycan
2023-05-23T16:51+0400
2023-05-23T16:51+0400
2023-05-23T16:53+0400
mina
qarabağ
anama
füzuli rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427518750_0:0:1247:701_1920x0_80_0_0_d3d2df22302e3f63a18b3105cf9121ca.jpg
BAKI, 23 may — Sputnik. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfransda deyib. O bildirib ki, agentlik tərəfindən həmin ərazidə 1 aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib. "Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə mina, 36-sı isə piyada əleyhinə minadır. Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək". Qeyd edək ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427518750_127:0:1062:701_1920x0_80_0_0_acebd9fbea1ce099b7a44ffeb7a78f52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, anama, füzuli rayonu
mina, anama, füzuli rayonu
Bu kənd minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib
16:51 23.05.2023 (Yenilənib: 16:53 23.05.2023) Agentlik tərəfindən həmin ərazidə 1 aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib.
BAKI, 23 may — Sputnik. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfransda deyib.
O bildirib ki, agentlik tərəfindən həmin ərazidə 1 aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib.
"Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə mina, 36-sı isə piyada əleyhinə minadır. Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək".
Qeyd edək ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb.