https://sputnik.az/20230522/spiker-sanksiya-tetbiq-etmeye-cagiranlar-gurcustanin-tehlukesizliyine-zemanet-vermir-455137512.html
Spiker: Sanksiya tətbiq etməyə çağıranlar Gürcüstanın təhlükəsizliyinə zəmanət vermir
Spiker: Sanksiya tətbiq etməyə çağıranlar Gürcüstanın təhlükəsizliyinə zəmanət vermir
Sputnik Azərbaycan
Şalva Papuaşvili qeyd edib ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil. 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T20:55+0400
2023-05-22T20:55+0400
2023-05-22T20:55+0400
gürcüstan
rusiya
sanksiya
https://cdnn1.img.sputnik.az/img/41566/51/415665115_0:190:3072:1918_1920x0_80_0_0_8651f3f5909380ca0c13438a38d3d90f.jpg
BAKI, 22 may — Sputnik. Rusiya ilə viza rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, uçuşlara qadağa kimi istənilən addım sanksiyadır və bütün bunlar Gürcüstanın Rusiya ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O, bildirib ki, Gürcüstanı Rusiyaya sanksiya tətbiq etməyə çağıranlar ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına zəmanət vermirlər: "Bu məsələ bir neçə dəfə qaldırılıb və məsələ hər dəfə müzakirəyə çıxarılanda ictimaiyyətə cavab verilib. Nəhayət müxalifət də etiraf edib ki, Gürcüstan tərəfindən Rusiyaya sanksiyaların tətbiq edilməsi ölkənin maraqlarına cavab vermir". Şalva Papuaşvili qeyd edib ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil: "Tətbiq edilən sanksiyalara cavab tədbirləri, qarşı tərəfin cavab sanksiyaları gözlənilir və bu, nəhayət bizim ölkəmizin təhlükəsizliyi və iqtisadi rifahını təhdid edir. Mən sizə xatırladıram ki, Rusiya ordusu paytaxtdan 30 kilometr məsafədə və ölkənin şərqi ilə qərbini əlaqələndirən magistral yoldan 500 metr məsafədə yerləşir. Əlavə olaraq, bilirsiniz ki, Rusiyanın işğal siyasətindən ilhaq siyasətinə keçməsi kimi böyük bir təhlükə də var", - parlament spikeri deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41566/51/415665115_341:0:3072:2048_1920x0_80_0_0_0d73d25cb402a43911c3a3a406260f2d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, sanksiya
Spiker: Sanksiya tətbiq etməyə çağıranlar Gürcüstanın təhlükəsizliyinə zəmanət vermir
Şalva Papuaşvili qeyd edib ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil.
BAKI, 22 may — Sputnik. Rusiya ilə viza rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, uçuşlara qadağa kimi istənilən addım sanksiyadır və bütün bunlar Gürcüstanın Rusiya ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O, bildirib ki, Gürcüstanı Rusiyaya sanksiya tətbiq etməyə çağıranlar ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına zəmanət vermirlər:
"Bu məsələ bir neçə dəfə qaldırılıb və məsələ hər dəfə müzakirəyə çıxarılanda ictimaiyyətə cavab verilib. Nəhayət müxalifət də etiraf edib ki, Gürcüstan tərəfindən Rusiyaya sanksiyaların tətbiq edilməsi ölkənin maraqlarına cavab vermir".
Şalva Papuaşvili qeyd edib ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil:
"Tətbiq edilən sanksiyalara cavab tədbirləri, qarşı tərəfin cavab sanksiyaları gözlənilir və bu, nəhayət bizim ölkəmizin təhlükəsizliyi və iqtisadi rifahını təhdid edir. Mən sizə xatırladıram ki, Rusiya ordusu paytaxtdan 30 kilometr məsafədə və ölkənin şərqi ilə qərbini əlaqələndirən magistral yoldan 500 metr məsafədə yerləşir. Əlavə olaraq, bilirsiniz ki, Rusiyanın işğal siyasətindən ilhaq siyasətinə keçməsi kimi böyük bir təhlükə də var", - parlament spikeri deyib.