https://sputnik.az/20230522/bakida-atet-pa-ve-mm-in-teskilatciligi-ile-konfrans-kecirilir-455121658.html
ATƏT PA və MM Bakıda yaşıl iqtisadiyyatla bağlı konfrans keçirir
ATƏT PA və MM Bakıda yaşıl iqtisadiyyatla bağlı konfrans keçirir
Sputnik Azərbaycan
Spiker Sahibə Qafarova deyib ki, yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi... 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T10:32+0400
2023-05-22T10:32+0400
2023-05-22T11:14+0400
konfrans
paytaxt xəbərləri
atət
atət parlament assambleyasının sədri georgi tsereteli
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899289_0:0:3067:1725_1920x0_80_0_0_3c9eed931ec4a88389e203acb13ee1d4.jpg
BAKI, 22 may — Sputnik. Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans keçirilir. Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxış edərək deyib ki, Azərbaycanın geniş enerji mənbələri ölkəmizin Avropa enerji təhlükəsizliyində xüsusi rol oynacaq. Artıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilir. Onun sözlərinə görə, yaşıl texnologiya ekoloji mühafizə tədbirləri istiqamətində yeni üfüqlər açacaq:"Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə atılmış addım deməkdir. Yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi müəyyənləşib". S.Qafarova əlavə edib ki, Azərbaycan tərəfindən mühüm nəqliyyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək.Qeyd edək ki, konfrans ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə baş tutur. Tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputat və xarici rəsmi şəxslər iştirak edir. Konfrans çərçivəsində "Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu" və "Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi" mövzusunda panel müzakirələri keçiriləcək. Tədbirin rəsmi bağlanış mərasimi sabah Bakıda olacaq. Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899289_205:0:2934:2047_1920x0_80_0_0_799701e207a7b2d2a5f8f08170a3c412.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konfrans, atət, atət parlament assambleyasının sədri georgi tsereteli
konfrans, atət, atət parlament assambleyasının sədri georgi tsereteli
ATƏT PA və MM Bakıda yaşıl iqtisadiyyatla bağlı konfrans keçirir
10:32 22.05.2023 (Yenilənib: 11:14 22.05.2023) Spiker Sahibə Qafarova deyib ki, yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi müəyyənləşib.
BAKI, 22 may — Sputnik. Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans keçirilir.
Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxış edərək deyib ki, Azərbaycanın geniş enerji mənbələri ölkəmizin Avropa enerji təhlükəsizliyində xüsusi rol oynacaq. Artıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilir. Onun sözlərinə görə, yaşıl texnologiya ekoloji mühafizə tədbirləri istiqamətində yeni üfüqlər açacaq:
"Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə atılmış addım deməkdir. Yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi müəyyənləşib".
S.Qafarova əlavə edib ki, Azərbaycan tərəfindən mühüm nəqliyyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək.
Qeyd edək ki, konfrans ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə baş tutur.
Tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputat və xarici rəsmi şəxslər iştirak edir.
Konfrans çərçivəsində "Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu" və "Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi" mövzusunda panel müzakirələri keçiriləcək.
Tədbirin rəsmi bağlanış mərasimi sabah Bakıda olacaq. Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.