Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qaz qovşağı maksimum il ərzində işə düşəcək - Türkiyənin energetika naziri

© MADE NAGI / POOL / AFPTürkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz - Sputnik Azərbaycan, 1920, 21.05.2023
Abunə olmaq
Fatih Dönməzin sözlərinə görə, yaradılan qaz qovşağı Cənubi Avropa ölkələri üçün xüsusilə əhəmiyyətli olacaq.
BAKI, 21 may - Sputnik. “Şimal axını” ilə itirilmiş tranzit həcmləri də daxil olmaqla, Türkiyə vasitəsilə Avropaya təbii qaz tədarükü üçün qovşaq maksimum il ərzində işləməyə başlayacaq. Bu barədə bazar günü “Haber Global” telekanalının efirində ölkənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz bildirib.

“Qaz ticarət mərkəzi maksimum il ərzində işə düşəcək. Onun fəaliyyət göstərməsi sayəsində Avropa ölkələrinə daha çox qaz satmaq və Türkiyə ilə bağlı enerji mənbələrini şaxələndirmək mümkün olacaq”, - deyə Dönməz bildirib.

Onun sözlərinə görə, yaradılan qaz qovşağı Cənubi Avropa ölkələri üçün xüsusi əhəmiyyət kəsb edəcək.

“Onlar qovşağın olub-olmadığını soruşmurlar, onun nə vaxt işə başlayacağı ilə maraqlanırlar”, - deyə nazir bildirib.

Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya Federasiyası və Türkiyə prezidentləri Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş vermişdilər.
Xüsusilə də bu qovşaq vasitəsilə zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkün olardı.

"Söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir", - deyə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Digər ölkələr də burada iştirak edə bilər, dedi: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətində Avropaya qaz verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0