https://sputnik.az/20230519/turkiye-rusiya-suriya-ve-ran-numayende-heyetlerinin-yeni-gorusunun-tarixi-aciqlandi-455028387.html
Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin yeni görüşünün tarixi açıqlandı
Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin yeni görüşünün tarixi açıqlandı
Sputnik Azərbaycan
Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra nazir müavinləri arasında növbəti... 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T10:17+0400
2023-05-19T10:17+0400
2023-05-19T10:33+0400
rusiya
suriya
iran
türkiyə
dəməşq
moskva
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0a/454696944_0:2:2967:1671_1920x0_80_0_0_8004beac9a2cb71f077f3fcf47fd298d.jpg
BAKI, 19 may — Sputnik. Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin hərtərəfli danışıqlar üçün iyunun sonunda görüşə bilər. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti diplomatik mənbələrə istinadən yazır. Bundan əvvəl Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması və ziddiyyətlərin aradan qaldırılması cəhdləri fonunda baş tutub. Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra nazir müavinləri arasında növbəti təmas planlaşdırılır. Nümayəndə heyətlərinin hərtərəfli danışıqları üçün tarix iyunun sonudur. Nəşrin əldə etdiyi məlumata görə, Moskvada keçirilən xarici işlər nazirləri dördtərəfli görüşü texniki nümayəndə heyətlərinin əvvəlki görüşlərindən daha mötədil olub. "Türkiyənin masada duran prioritetləri arasında ən çox diqqət çəkən mövzu terrorla mübarizə olub. Bu məsələ bütün aspektləri ilə Suriyanın xarici işlər naziri Mikdat Faysalın diqqətinə çatdırılıb. Terrorla mübarizədə birgə addımların atılması təklif edilib. Təl-Rifat və Mənbicdə PKK-YPG-nin mövcudluğunun birgə əməliyyatlarla təmizlənə biləcəyi və bu ərazilərin Suriyanın nəzarətinə qaytarıla biləcəyi bildirilib. Suriya tərəfi də açıq şəkildə bildirib ki, onlar terrorizmlə mübarizədə birgə hərəkət edə bilərlər. Mənbələr bildiriblər ki, Türkiyə Suriya müxalifəti ilə siyasi prosesdə güzəştə getmək barədə danışıqlar aparır. "Qaçqınların geri qayıtması ilə bağlı əsas prinsip "könüllü, təhlükəsiz və ləyaqətli qayıdış"dır. Bu məqsədlə Rusiya, İran və Türkiyənin bu prosesə qarant kimi cəlb edilməsi məsələsi gündəmdədir", - nəşr yazır. Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini saxlayıb. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri çətin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0a/454696944_131:0:2862:2048_1920x0_80_0_0_369927f2bd06501bee84e8d1729eb2e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suriya, iran, türkiyə, dəməşq, moskva
suriya, iran, türkiyə, dəməşq, moskva
Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin yeni görüşünün tarixi açıqlandı
10:17 19.05.2023 (Yenilənib: 10:33 19.05.2023) Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra nazir müavinləri arasında növbəti təmas planlaşdırılır.
BAKI, 19 may — Sputnik. Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin hərtərəfli danışıqlar üçün iyunun sonunda görüşə bilər. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti diplomatik mənbələrə istinadən yazır.
Bundan əvvəl Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması və ziddiyyətlərin aradan qaldırılması cəhdləri fonunda baş tutub.
Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra nazir müavinləri arasında növbəti təmas planlaşdırılır. Nümayəndə heyətlərinin hərtərəfli danışıqları üçün tarix iyunun sonudur.
Nəşrin əldə etdiyi məlumata görə, Moskvada keçirilən xarici işlər nazirləri dördtərəfli görüşü texniki nümayəndə heyətlərinin əvvəlki görüşlərindən daha mötədil olub.
"Türkiyənin masada duran prioritetləri arasında ən çox diqqət çəkən mövzu terrorla mübarizə olub. Bu məsələ bütün aspektləri ilə Suriyanın xarici işlər naziri Mikdat Faysalın diqqətinə çatdırılıb. Terrorla mübarizədə birgə addımların atılması təklif edilib. Təl-Rifat və Mənbicdə PKK-YPG-nin mövcudluğunun birgə əməliyyatlarla təmizlənə biləcəyi və bu ərazilərin Suriyanın nəzarətinə qaytarıla biləcəyi bildirilib. Suriya tərəfi də açıq şəkildə bildirib ki, onlar terrorizmlə mübarizədə birgə hərəkət edə bilərlər.
Mənbələr bildiriblər ki, Türkiyə Suriya müxalifəti ilə siyasi prosesdə güzəştə getmək barədə danışıqlar aparır.
"Qaçqınların geri qayıtması ilə bağlı əsas prinsip "könüllü, təhlükəsiz və ləyaqətli qayıdış"dır. Bu məqsədlə Rusiya, İran və Türkiyənin bu prosesə qarant kimi cəlb edilməsi məsələsi gündəmdədir", - nəşr yazır.
Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini saxlayıb. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri çətin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.