Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyanın əleyhdarları ölkəni onlarla kiçik hissələrə bölmək niyyətindədirlər

© Sputnik / Михаил МетцельVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, əgər Qərb dövlətlərinin Rusiyanı parçalamaq planı həyata keçərsə, Rusiya xalqının etnik qrup kimi qalması ehtimalı azdır.
BAKI, 19 may — Sputnik. Rusiyanın əleyhdarları Rusiyanı sonradan öz istədikləri kimi idarə edə bilmələri üçün onu kiçik hissələrə bölmək istəyirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının iclasında deyib.
"Rusiyanın əleyhdarları deyirlər ki, Rusiyanı onlarla kiçik dövlət qurumuna bölmək lazımdır", - deyə Rusiya prezidenti qeyd edib.
Putin izah edib ki, sonradan Qərb onları öz iradəsinə tabe etmək və istismar etmək niyyətindədir.
Bu yaxınlarda prezident bildirib ki, əgər Qərb dövlətlərinin Rusiyanı parçalamaq planı həyata keçərsə, Rusiya xalqının etnik qrup kimi qalması ehtimalı azdır.
Xəbər lenti
0