https://sputnik.az/20230519/peskov-silahlara-nezaretle-bagli-veziyyeti-acinacaqli-adlandirib-455057513.html
Peskov silahlara nəzarətlə bağlı vəziyyəti acınacaqlı adlandırıb
Peskov silahlara nəzarətlə bağlı vəziyyəti acınacaqlı adlandırıb
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov silahlara nəzarətlə bağlı vəziyyətin acınacaqlı olduğunu və bunun məsuliyyətinin tamamilə Vaşinqtonun üzərinə... 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T19:12+0400
2023-05-19T19:12+0400
2023-05-19T19:12+0400
dmitri peskov
rusiya
abş
silah
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_0:0:3072:1728_1920x0_80_0_0_a7743b21c1e3df9fb7c4f2be0622efce.jpg
BAKI, 19 may — Sputnik. Beynəlxalq müqavilə hüquqi bazasının qalıqları yoxa çıxdığından bu gün silahlara nəzarət etməkdə yaranmış vəziyyət acınacaqlıdır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, baş verənlərə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür. "Bu sahədə Moskva ilə Vaşinqton arasında ciddi təmaslar yoxdur. Bu sahədə beynəlxalq müqavilə-hüquqi bazanın son qalıqları ayağımızın altından sürüşür. Zaman daralır. Ona görə də burada vəziyyət acınacaqlıdır və bunun məsuliyyəti tamamilə Vaşinqtonun üzərinə düşür", - deyə Peskov ABŞ Konqresinə Strateji Hücum Silahları Müqaviləsindən çıxmaq layihəsinin təqdim olunmasını şərh edərkən söyləyib. Peskov əlavə edib ki, silahlara nəzarət və sabitlik mövzusu hazırda bütün dünya üçün çox vacibdir. Xatırladaq ki, ABŞ-ın Strateji Hücum Silahları Müqaviləsindən çıxması ilə bağlı layihə respublikaçı senatorlar tərəfindən təqdim edilib. Sənəddə, həmçinin nüvə qüvvələrinin gücləndirilməsi zərurətindən də bəhs edilir. Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırması faktını Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdə çıxışı zamanı bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_171:0:2902:2048_1920x0_80_0_0_51917d415c1c870fb78c87edfb7d8324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, abş, silah
dmitri peskov, abş, silah
Peskov silahlara nəzarətlə bağlı vəziyyəti acınacaqlı adlandırıb
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov silahlara nəzarətlə bağlı vəziyyətin acınacaqlı olduğunu və bunun məsuliyyətinin tamamilə Vaşinqtonun üzərinə düşdüyünü söyləyib.
BAKI, 19 may — Sputnik. Beynəlxalq müqavilə hüquqi bazasının qalıqları yoxa çıxdığından bu gün silahlara nəzarət etməkdə yaranmış vəziyyət acınacaqlıdır.
Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, baş verənlərə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür.
"Bu sahədə Moskva ilə Vaşinqton arasında ciddi təmaslar yoxdur. Bu sahədə beynəlxalq müqavilə-hüquqi bazanın son qalıqları ayağımızın altından sürüşür. Zaman daralır. Ona görə də burada vəziyyət acınacaqlıdır və bunun məsuliyyəti tamamilə Vaşinqtonun üzərinə düşür", - deyə Peskov ABŞ Konqresinə Strateji Hücum Silahları Müqaviləsindən çıxmaq layihəsinin təqdim olunmasını şərh edərkən söyləyib.
Peskov əlavə edib ki, silahlara nəzarət və sabitlik mövzusu hazırda bütün dünya üçün çox vacibdir.
Xatırladaq ki, ABŞ-ın Strateji Hücum Silahları Müqaviləsindən çıxması ilə bağlı layihə respublikaçı senatorlar tərəfindən təqdim edilib. Sənəddə, həmçinin nüvə qüvvələrinin gücləndirilməsi zərurətindən də bəhs edilir.
Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırması faktını Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdə çıxışı zamanı bəyan edib.