https://sputnik.az/20230519/overcuk-rusiya-azerbaycanla-a-arasinda-emekdasligin-inkisafi-ucun-boyuk-potensial-gorur-455056774.html
Overçuk: Rusiya Azərbaycanla Aİİ arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür
Overçuk: Rusiya Azərbaycanla Aİİ arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T20:15+0400
2023-05-19T20:15+0400
2023-05-19T20:15+0400
aleksey overçuk
rusiya
azərbaycan
aii
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_0:0:2001:1125_1920x0_80_0_0_2d1e7cd37f3fe42ca4018a3b8eaee0c7.jpg
BAKI, 19 may — Sputnik. Rusiya tərəfi Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Rusiya-İslam dünyası: KazanForum" XIV Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib. "Azərbaycanın unikal coğrafi yerləşməsini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq, biz burada Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial görürük", - Overçuk bildirib. O, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi İran və Aİİ arasında azad ticarət sazişinin bağlanmasında irəliləyiş olduğunu qeyd edib. Overçuk həmçinin bildirib ki, bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu, çox ciddi artım idi. Söhbət təxminən 24,5 %-lik artımdan gedir... Bu ildə yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik”, - A.Overçuk bildirib.2022-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 %-ni təşkil edib.2021-ci ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 12,1 % artaraq 2,99 milyard ABŞ dollarına çatıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_37:0:1814:1333_1920x0_80_0_0_c2820527ac51f93c4a08869db65bc61e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aleksey overçuk, azərbaycan, aii
aleksey overçuk, azərbaycan, aii
Overçuk: Rusiya Azərbaycanla Aİİ arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
BAKI, 19 may — Sputnik. Rusiya tərəfi Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Rusiya-İslam dünyası: KazanForum" XIV Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Azərbaycanın unikal coğrafi yerləşməsini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq, biz burada Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial görürük", - Overçuk bildirib.
O, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi İran və Aİİ arasında azad ticarət sazişinin bağlanmasında irəliləyiş olduğunu qeyd edib.
Overçuk həmçinin bildirib ki, bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu, çox ciddi artım idi. Söhbət təxminən 24,5 %-lik artımdan gedir... Bu ildə yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik”, - A.Overçuk bildirib.
2022-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 %-ni təşkil edib.
2021-ci ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 12,1 % artaraq 2,99 milyard ABŞ dollarına çatıb.