https://sputnik.az/20230519/misustinin-seferi-dunya-iqtisadiyyatinin-berpasina-guclu-tekan-verecek---cin-xn-455034985.html
Mişustinin səfəri dünya iqtisadiyyatının bərpasına güclü təkan verəcək - Çin XİN
Mişustinin səfəri dünya iqtisadiyyatının bərpasına güclü təkan verəcək - Çin XİN
Sputnik Azərbaycan
Mişustinin Çinə səfəri zamanı tərəflər praktiki əməkdaşlıq mövzusu və qarşılıqlı maraq doğuran məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaqlar. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T22:14+0400
2023-05-19T22:14+0400
2023-05-19T22:14+0400
mixail mişustin
rusiya
çin
pekin
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446916322_0:128:3188:1921_1920x0_80_0_0_229fcb52ea01012c3fb85f137b888757.jpg
BAKI, 19 may — Sputnik. Çin və Rusiya arasında əməkdaşlıq güclüdür və böyük potensiala malikdir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Rusiyanın baş naziri Mixail Mişustinin Çinə səfərini şərh edərkən deyib. "Ən böyük qonşular və əsas inkişaf etməkdə olan bazar ölkələri olan Çin və Rusiya arasında əməkdaşlıq güclüdür və böyük potensiala malikdir", - Van deyib. O qeyd edib ki, Mişustinin Çinə səfəri zamanı tərəflər praktiki əməkdaşlıq mövzusu və qarşılıqlı maraq doğuran məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaqlar. Van Venbin əlavə edib ki, Pekin Rusiya baş nazirinin Çinə səfərinin dünya iqtisadiyyatının bərpasına güclü təkan verəcəyinə ümid edir. Bundan əvvəl Rusiya hökumətinin mətbuat xidməti Mişustinin mayın 23-24-də Pekinə və Şanxaya səfər edəcəyini açıqlamışdı. Çinin sədri Si Cinpin və Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Çianqla danışıqlarda o, sənaye, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə edəcək. Martın 21-də Çin sədri Si Tsinpin Moskvaya səfəri zamanı Mişustini sıx əlaqələr yaratmaq üçün mümkün qədər tez bir zamanda Çinə səfərə dəvət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446916322_229:0:2960:2048_1920x0_80_0_0_7ac400703b28dda275b04584af121a9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mixail mişustin, çin, pekin
mixail mişustin, çin, pekin
Mişustinin səfəri dünya iqtisadiyyatının bərpasına güclü təkan verəcək - Çin XİN
Mişustinin Çinə səfəri zamanı tərəflər praktiki əməkdaşlıq mövzusu və qarşılıqlı maraq doğuran məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaqlar.
BAKI, 19 may — Sputnik. Çin və Rusiya arasında əməkdaşlıq güclüdür və böyük potensiala malikdir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Rusiyanın baş naziri Mixail Mişustinin Çinə səfərini şərh edərkən deyib.
"Ən böyük qonşular və əsas inkişaf etməkdə olan bazar ölkələri olan Çin və Rusiya arasında əməkdaşlıq güclüdür və böyük potensiala malikdir", - Van deyib.
O qeyd edib ki, Mişustinin Çinə səfəri zamanı tərəflər praktiki əməkdaşlıq mövzusu və qarşılıqlı maraq doğuran məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaqlar.
Van Venbin əlavə edib ki, Pekin Rusiya baş nazirinin Çinə səfərinin dünya iqtisadiyyatının bərpasına güclü təkan verəcəyinə ümid edir.
Bundan əvvəl Rusiya hökumətinin mətbuat xidməti Mişustinin mayın 23-24-də Pekinə və Şanxaya səfər edəcəyini açıqlamışdı. Çinin sədri Si Cinpin və Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Çianqla danışıqlarda o, sənaye, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə edəcək.
Martın 21-də Çin sədri Si Tsinpin Moskvaya səfəri zamanı Mişustini sıx əlaqələr yaratmaq üçün mümkün qədər tez bir zamanda Çinə səfərə dəvət edib.