https://sputnik.az/20230519/kiyeve-storm-shadow-raketlerinin-tedaruku-beynelxalq-normalari-pozur---patrusev-455048785.html
Kiyevə "Storm Shadow" raketlərinin tədarükü beynəlxalq normaları pozur - Patruşev
Kiyevə "Storm Shadow" raketlərinin tədarükü beynəlxalq normaları pozur - Patruşev
Sputnik Azərbaycan
O qeyd edib ki, hərbi münaqişəni uzatmaq üçün NATO ölkələri Ukraynaya 600-dən çox növ silah və hərbi texnika tədarükünü davam etdirir. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T21:15+0400
2023-05-19T21:15+0400
2023-05-19T22:16+0400
raket
rusiya
nikolay patruşev
nato
https://cdnn1.img.sputnik.az/img/07e7/05/10/454917370_0:160:3072:1888_1920x0_80_0_0_d2eed79c71ab334c8a46ec6ab169262d.jpg
BAKI, 19 may — Sputnik. Qərb tərəfindən Kiyevə "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərin tədarükü silahlanma sahəsində beynəlxalq standartlara ziddir. Bu barədə "TASS" informasiya agentliyi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərinə istinadən xəbər verib. O qeyd edib ki, hərbi münaqişəni uzatmaq üçün NATO ölkələri Ukraynaya 600-dən çox növ silah və hərbi texnika tədarükünü davam etdirir. "İngiltərə Ukraynanı "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərlə təchiz edib", - agentlik Patruşevdən sitat gətirib. Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu hərəkətlər silah ixracı ilə bağlı beynəlxalq qərarlara tamamilə ziddir. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri sutka ərzində 7 "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri ələ keçiriblər. Mayın 15-də məlumat yayılıb ki, ukraynalı terrorçular iki "Storm Shadow" qanadlı raketindən istifadə edərək Luqanska raket zərbəsi endirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/10/454917370_171:0:2902:2048_1920x0_80_0_0_c40cf0a0f8ce3aae7611532b6dbcd416.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
raket, nikolay patruşev, nato
raket, nikolay patruşev, nato
Kiyevə "Storm Shadow" raketlərinin tədarükü beynəlxalq normaları pozur - Patruşev
21:15 19.05.2023 (Yenilənib: 22:16 19.05.2023) O qeyd edib ki, hərbi münaqişəni uzatmaq üçün NATO ölkələri Ukraynaya 600-dən çox növ silah və hərbi texnika tədarükünü davam etdirir.
BAKI, 19 may — Sputnik. Qərb tərəfindən Kiyevə "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərin tədarükü silahlanma sahəsində beynəlxalq standartlara ziddir.
Bu barədə "TASS" informasiya agentliyi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərinə istinadən xəbər verib.
O qeyd edib ki, hərbi münaqişəni uzatmaq üçün NATO ölkələri Ukraynaya 600-dən çox növ silah və hərbi texnika tədarükünü davam etdirir.
"İngiltərə Ukraynanı "Storm Shadow" uzaqmənzilli qanadlı raketlərlə təchiz edib", - agentlik Patruşevdən sitat gətirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu hərəkətlər silah ixracı ilə bağlı beynəlxalq qərarlara tamamilə ziddir.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri sutka ərzində 7 "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri ələ keçiriblər.
Mayın 15-də məlumat yayılıb ki, ukraynalı terrorçular iki "Storm Shadow" qanadlı raketindən istifadə edərək Luqanska raket zərbəsi endirib.