https://sputnik.az/20230519/bu-gun-rusiyada-azerbaycan-ve-ermenistan-xn-rehberleri-gorusecek-455031181.html
Bu gün Rusiyada Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
Bu gün Rusiyada Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
Sputnik Azərbaycan
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvadadır. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T12:05+0400
2023-05-19T12:05+0400
2023-05-19T12:05+0400
azərbaycan və ermənistan
rusiya
ararat mirzoyan
ermənistanın baş naziri nikol paşinyan
ceyhun bayramov
şarl mişel
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_0:115:3500:2084_1920x0_80_0_0_fa735ca7d76b4e10bad3de032cf21ff1.jpg
BAKI, 19 may — Sputnik. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək. Görüş Rusiyada baş tutacaq. Artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvadadır. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb. Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb. "İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib. Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək: "Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_292:0:3500:2406_1920x0_80_0_0_ee6fc332c2f0a7456d22877274e630d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan və ermənistan, ararat mirzoyan, ermənistanın baş naziri nikol paşinyan, ceyhun bayramov, şarl mişel
azərbaycan və ermənistan, ararat mirzoyan, ermənistanın baş naziri nikol paşinyan, ceyhun bayramov, şarl mişel
Bu gün Rusiyada Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvadadır.
BAKI, 19 may — Sputnik. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Görüş Rusiyada baş tutacaq.
Artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvadadır.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb.
Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.
"İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.
Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək:
"Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".